Nida.az
Qubad İbadoğlu tərəfdarlarını görüşə çağırdı
“Qurultaydan sonrakı dövrdə Müsavat daxilində gedən proseslər partiya strukturlarında sağlam dialoqa, ciddi polemikaya kəskin ehtiyac yarandığı fikrini bir daha gündəmə gətirdi. Belə dialoq və polemikalar Müsavatın bütövlüyünü istəyən, onun bu günü və sabahı üçün narahatlıq keçirən, ittiham və umu-küsüləri bir kənara qoyub hər vəchlə partiyamızın güclənməsinə çalışan əqidəli və fədakar bacı və qardaşlarım üçün bir sınaq meydanıdır”.
Publika.az xəbər verir ki, Müsavat başqanlığına
keçmiş namizəd Qubad İbadoğlu “facebook” səhifəsində tərəfdarlarına
çağırış edib.
Q. İbadoğlu noyabrın 8-də partiya qərargahında görüş keçirəcəyini
açıqlayıb: “Müsavat Partiyasının Mərkəzi qərargahında keçirməyi
planlaşdırdığımız növbəti görüşün məqsədi hər bir vicdanlı
müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi
müzakirələr əsasında dəyərləndirilməsi və gələcəyə yönəlik pozitiv
təkliflərin müzakirə olunmasıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı
şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib
çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha
səmərəli faydalanmaqla birgə fəaliyyət platforması
müəyyənləşdirmək, qərarları azlığın diktəsi ilə deyil, birlikdə
qəbul etmək tələb olunur”.
Onun sözlərinə görə, görüşdə nizamnamə pozuntuları ilə bağlı
hazırladıqları arayışa MNTK-nın verdiyi rəyə də münasibət
açıqlanacaq.
“İnanıram ki, bu görüş Müsavatın çağdaş tarixində barışıq, birlik,
vəhdət və bütövlük görüşü kimi yadda qalacaq. Odur ki, sonuncu
qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların
tərəfdarlarını açıq müzakirəyə dəvət edirəm”, - deyə o
bildirib.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO