Partiya sədrlərinin iştirak edəcəyi aksiyaya YAP-dan REAKSİYA
Bizi izləyin

Nida.az

Partiya sədrlərinin iştirak edəcəyi aksiyaya YAP-dan REAKSİYA

Azərbaycanda yalnız partiya sədrlərinin iştirak etdiyi piket keçirilə bilər.

Bu haqda təklif 11 siyasi partiyanın iştirak etdiyi Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində irəli sürülüb. Piketin yaxın günlərdə baş tutacağı gözlənilir.


Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bu piket formasını müxalifətin insanları təəccübləndirmək cəhdi kimi qiymətləndirib: “Müxalifət ölkəni və dünyanı təəccübləndirməkdə davam edir. Heç bir yerdə görünməmiş formada aksiya keçirmək istəklərinin səbəbi kütləviliyə nail ola bilməmələridir. Onlar təklikdə və birləşmiş şəkildə kütləvi aksiya keçirə bilmirlər. Ümumilikdə ən böyük aksiyalarında 600-700 nəfər iştirakçı olur. İndi də ictimaiyyət və siyasi şərhçilərin azsaylı aksiya keçirmək qınağından azad olmaq üçün bu yola əl atıblar. Lakin həmin aksiyaya da hansısa partiya sədrinin gəlməyəcəyini düşünürəm”.


A. Mirzəzadə cəmiyyətin müxalifətin aksiyalarını dəstəkləmədiyini deyib: “Neçə partiya sədrinin piketə qatılmasından asılı olmayaraq, cəmiyyətin buna marağı yoxdursa və onların proqramı dəstək qazanmırsa, belə tədbirlərin əhəmiyyəti yoxdur”.


Qeyd edək ki, Xalq Partiyasının sədri Pənah Hüseyn musavat.com-a açıqlamasında partiya sədrləri arasında bu formada piketin keçirilməsinin razılaşdırıldığını deyib: “Əgər piket baş tutacaqsa, yalnız partiya sədrlərinin iştirak edəcəyi ilk aksiya olacaq. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 11 partiyanın böyük əksəriyyəti belə bir piketin keçirilməsinin tərəfdarıdır. Yalnız partiya sədrlərinin iştirakı ilə piket keçirilməsi etiraz aksiyası formalarından biridir. Digər başqa formalarda aksiyaların keçirilməsi də müzakirə olunub və piket barədə ümumi siyasi qərar var”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm