“Milli Şuranın aksiyası sifarişlidir” – YAP-dan AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Milli Şuranın aksiyası sifarişlidir” – YAP-dan AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın noyabrın 10-na təyin etdiyi aksiyaya münasibət bildirib.

S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, noyabrın 10-a təyin olunan mitinq də əvvəlkilər kimi sifarişli aksiyadır.

Onun sözlərinə görə, bu cür aksiyaların keçirilməsində məqsəd Avropada müəyyən dairələrin Milli Şuradan istifadə edərək Azərbaycana qarşı təzyiqlərini davam etdirmək cəhdidir: “Bu cür aksiyaların keçirilməsi üçün müəyyən qədər vəsait də ayrılıb. Ona görə də bu aksiyanın keçirilməsində əsas məqsəd hər hansı məhbusun azadlığa çıxması deyil. Məqsəd AXCP və Milli Şuraya daxil olan digər partiyaların maliyyə vəziyyətinin yaxşılaşdırılmasıdır ki, onlar da bu cür aksiya keçirməklə xaricdən vəsait almağı düşünür. Ancaq Milli Şura ötən dəfə olduğu kimi, bu dəfə də istəyinə nail ola bilməyəcək və bu aksiyaya da heç kəs gəlməyəcək. Bu mitinq deyil, adi bir piket olacaq. Bura yalnız Mili Şurada təmsil olunan siyasi partiya rəhbərləri və funksionerləri qatılacaq. Onlardan savayı heç kəs bu aksiyaya gəlməyəcək. Çünki Azərbaycan əhalisi bunları yaxşı tanıyır və görür.

Azərbaycan xalqı son günlər media vasitəsilə AXCP-nin ayrı-ayrı rayon təşkilatı rəhbərlərinin dilindən söylənilən və Milli Şuranın əsl mahiyyətini ifşa edən fikirlərlə də tanış olur. Milli Şurada təmsil olunan şəxslərin maskaları bir daha yırtıldı. Azərbaycan xalqı bir daha əmin oldu ki, əslində Milli Şura Azərbaycan dövlətinə və xalqına deyil, xaricdə oturan ermənipərəst dairələrə və havadarlarına xidmət edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm