“Müsavat heç kimin dədəsinin malı deyil” – Arif Hacılıya ittiham
Bizi izləyin

Nida.az

“Müsavat heç kimin dədəsinin malı deyil” – Arif Hacılıya ittiham

“Arif Hacılı səmimi deyil. O üzdə qucaqlaşmaq təklifi edir, əslində isə öz legitimliyini qəbul etdirmək məqsədi daşıyır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Arif Hacılının narazıları partiyanın maraqlarına zərbə vurduğu barədə sözlərinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, A. Hacılı qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir etdirir: “O, əvvəlcə öz hərəkətlərini və qardaşının yazdıqlarını götür-qoy etsin, dəstəsinin üzvlərinin təftişini, şantajını dayandırsın və sonra müdrik çağırışlarını bəyan etsin. Müsavatda Arif Hacılının dəstəsinin qurultay oyunbazlığını qəbul etməyən çox sayda insan var. Saxtakarlığa qarşı mübarizə aparanların saxtakarlığı qəbul etməsi absurddur. Noyabrın 8-də çox məsələlərə aydınlıq gətirəcəyik”.


S. Əlisoy fraksiya yaratmaq ehtimalları haqda da danışıb. Onun sözlərinə görə, fraksiya fikirləri Arif Hacılının yuxusuna haram qatıb: “Fraksiya yaranacağı təqdirdə, populist addımlar ata bilməyəcəyini yaxşı bilir. Müsavat heç kimin dədəsinin malı deyil. Öz sağlamlığını, ömrünü Müsavatın fəaliyyətinə qurban verən insanlar var”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm