Britaniyalı nazir Azərbaycanı enerji təhlükəsizliyi sahəsində vacib ölkə adlandırdı
Bizi izləyin

Nida.az

Britaniyalı nazir Azərbaycanı enerji təhlükəsizliyi sahəsində vacib ölkə adlandırdı

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov Bakıya səfərə gələn Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb.

Publika.az-ın məlumatına görə, deputat F.Muradov D.Linqtona ölkəmizin Avropanın nüfuzlu qurumları ilə səmərəli əməkdaşlıq etdiyini bildirib.

Deputat qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqılı etimada söykənir.

Öz növbəsində D.Linqton qeyd edib ki, Azərbaycanın siyasi və iqtisadi uğurları barədə kifayət qədər məlumatları var.

Nazir Azərbaycanın Avropanı enerji təhlükəsizliyini təmin edən vacib ölkə olduğunu deyərək bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

Görüş zamanı Avrotlantik strukturlarla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm