• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Deputatların ikiüzlülüyü, riyakarlığı bir daha üzə çıxdı”

  • Nida.az
  • 6 Noyabr 2014 15:20
  • 814 Baxış
“Deputatların ikiüzlülüyü, riyakarlığı bir daha üzə çıxdı”

“Girovlar məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla bağlı səylərimizi daha da artırmalıyıq”.

Bunu Axar.az-a Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli ermənilər tərəfindən girov götürülən soydaşlarımızın keçirilmiş növbəti məhkəməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu, beynəlxalq ictimaiyyətin və hüquq müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının laqeydliyi nəticəsində baş verir:

“Xatırlayırsınızsa, Azərbaycanın Tovuz ərazisinə daxil olmuş və sərhəd bölgəsində hərbiçilərimiz tərəfindən həbs olunan, ancaq sonradan tələf olan diversantla bağlı ABŞ-ın Dövlət Departamentindən tutmuş Avropa strukturlarınadək bəyanatlar səsləndirdilər. Lakin Azərbaycanla bağlı münasibətdə vəziyyət fərqlidir. Bu o deməkdir ki, biz səylərimizi artırmalıyıq. Burada hüquqi mexanizmlərdən danışmaq qeyri-mümkündür. Çünki tanınmamış bir “dövlət”in məhkəməsini heç cür tanıya bilmərik. Ermənistan bu yolla qisas alır. Əllərinə fürsət düşüb, buna görə də vəziyyəti gərginləşdirirlər. Hesab edirəm ki, bu hadisə sülh danışıqlarına çox ciddi maneə olur. Bu bir daha onu göstərir ki, sülh danışıqlarında da səmimi deyillər. Son aylar baş verənlərin fonunda, əksinə, onlar humanist addım atmaqla niyyətlərinin səmimi olduğunu nümayiş etdirə bilərdilər. Bu, daha məntiqli görünərdi. İctimaiyyətimiz bilməlidir ki, ənənəvi olaraq insan hüquqları mövzusunda hakimiyyəti tənqid edənlər indi nədənsə susurlar. Əlbəttə, bizi ədalətsizcəsinə tənqid edənləri həm başa düşür, həm də cavablarını veririk. Amma burda sırf insan məsələsidir axı”, - deyə Əli Hüseynli bildirib.

Millət vəkili avropalı deputatlara edilən iradlar məsələsinə də toxunub:

“Təsəvvür edin ki, biz Avropa Parlamentindən olan deputatlara, Avropa Şurasına niyə tanınmamış ərazilərə, Dağlıq Qarabağa Azərbaycan vasitəsilə yox, məhz Ermənistandan keçmələri iradını bildirdikdə, onlar dərhal etiraz etdilər ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını pozur. Arqument irəli sürürlər ki, Avropa Konvensiyasına görə, hər kəsin Avropa Şurasına üzv olan ölkələrin ərazisində sərbəst hərəkət etmək hüququ var. İndi həmin məntiqlə biz deyirik ki, Azərbaycan vətəndaşı öz ərazisində hərəkət edəndə hansı səbəblə həbs olunur? Gördüyünüz kimi, Avropa deputatlarının ikiüzlülüyü, riyakarlığı yenə də üzə çıxdı. Vaxtilə onları “persona non-qrata” elan etmək istəyəndə bax bu əks arqumentləri irəli sürdülər. Bu gün isə eyni arqumentlə Azərbaycan çıxış edir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR