“Erməni soyqırımının inkarına görə cəza” layihəsi yenidən Fransa parlamentində
Bizi izləyin

Nida.az

“Erməni soyqırımının inkarına görə cəza” layihəsi yenidən Fransa parlamentində

Fransalı millət vəkili Valeri Boyer yeni “Erməni soyqırımının inkarına görə cəza” qanun layihəsini Fransa Milli Məclisinə təqdim edib. Yeni qanun layihəsi Məclisdə qəbul edilsə, “erməni soyqırımı"nı inkar edənləri 5 il həbs və 45 min avro cəza gözləyir.

Publika.az “Yurd” qəzetinə istinadən xəbər verir ki, Valeri Boyer təxminən 80 min erməninin yaşadığı Marsel 11 və 12-ci bölgəsinin bələdiyyə sədri, eyni zamanda UMP partiyasından millət vəkilidir. Valeri Boyer və erməni diasporunun güclü olduğu 23 bölgənin millət vəkilləri qanun layihəsinə imza ataraq, onu spikerə təqdim ediblər.

Maraqlısı odur ki, qanun layihəsini imzalayan millət vəkilləri arasında ASALA erməni terror təşkilatının vəkili Patrik Dəvəçiyan da var.

Xatırladaq ki, Fransa parlamenti artıq bir dəfə belə bir qanun qəbul edib. Lakin sonradan Fransa Konstitusiya Məhkəməsi söz azadlığına uyğun olmadığını bildirərək, qanunu ləğv edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm