Nida.az
“Xədicə İsmayıl özünü radikal müxalifətin anası kimi aparır”
“Dünən “Azadlıq radiosu”ndan partiyaların bələdiyyə seçkilərində
iştirakı ilə bağlı mənə zəng edib, canlı efirə qoşmuşdular. Bir
saat efir vaxtı zamanı mənim 5 dəfə telefonum kəsildi. Xədicə
İsmayıl bunun texniki qüsurla əlaqələndirdi. Mənim telefon xəttim
kəsiləndən sonra orda danışanları eşitmək imkanım olmayıb. Təkrar
baxdıqda isə gördüm ki, Xədicə mövzuya heç bir adiyyəti olmadan Əli
Kərimlinin təblığatını aparıb və məni AXCP sədrinin müavini kimi
təqdim edib”.
Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin
Orduxanlı deyib.
BAXCP rəsmisi X. İsmayılın “Azadlıq radiosu”nu Əli Kərimlinin
təbliğat vasitəsinə çevirdiyini deyib: “Xədicə İsmayıl 20 ildir ki,
Əli Kərimlinin təblığat işləri ilə məşğul olub və “Yurd” birliyinin
əsas aparıcı jurnalistlərindən biridir. Xədicə İsmayıl “Azadlıq”
radiosundan istifadə edərək, hər zaman Əli Kərimlinin qanunsuz
təbliğatı ilə məşğul olur. Onun iddiasına cavab olaraq deyirəm:
Xədicə İsmayıl, Allah eləməsin ki, mən Əli Kərimlinin müavini
olum... Xədicə İsmayılın Əli Kərimlinin müavinlərini ittiham etmək
səlahiyyətini ona elə Əli Kərimli verib. O, özünü artıq elə bir
statusda görür ki, sanki radikal müxalifətin “anası”dır. Bu adam
artıq "şizofreniya" xəstəliyinə tutulub. Bu adama başqa nə demək
olar?!”
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO