Vaqif Hacıbəyli: “Siz ancaq vicdanlı adamların nifrətinə layiqsiniz“
Bizi izləyin

Nida.az

Vaqif Hacıbəyli: “Siz ancaq vicdanlı adamların nifrətinə layiqsiniz“

"Gündəlik Teleqraf" qəzetinin 29 iyun 2012-ci il tarixli sayının başyazısında Əbülfəz Elçibəy iqtidarının devrilməsində ittiham olunan AMİP lideri Etibar Məmmədovun cavabını oxuya bilərsiniz. Müsahibə "Elçibəyi qorumaq istədim" adlanır.

Ədalət Partiyasının sədri İlyas İsmayılov sərbəst toplaşmaq azadlığı, siyasi məhbus məsələsi, 2013-cü il prezident seçkiləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Bakıda səfərdə olan müşaviri Jerar Libardiyan kəskin suallarla üzləşib: "Ter-Petrosyana verdiyi məsləhətlərə görə peşmanlıq keçirimisinizmi?"

Azadlıq Partiyasının sədri Əhməd Oruc Rəsul Quliyevin Demokratiya Uğrunda Müqavimət Hərəkatı ilə bağlı dediklərinə cavab verib.

AXCP və Müsavat arasında "saxta profil" söhbəti haqqında Vaqif Hacıbəyli danışıb: "Siz ancaq vicdanlı adamların nifrətinə layiqsiniz".

"Azərbaycandan İrana növbəti nota" başlıqlı yazıda İranda saxlanılan azərbaycanlı şairlərlə bağlı İran mətbuatının yaydığı informasiya və bu məsələyə Azərbaycan XİN rəsmisinin reaksiyasını oxuya bilərsiniz.

"Gündəlik Teleqraf"ın sorğu rubrikasının bu günkü mövzusu uşaq pulu ilə bağlıdır. Millət vəkili Əli Məsimli: "Əhali azalmağa doğru gedəcək".

"İpotekanın əlçatan olması üçün" başlıqlı yazıda ipoteka kreditləri sahəsindəki şərtlərə toxunulub və ekspert fikri yer alıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sənədsiz evlərlə bağlı yaradılan komissiyanın görəcəyi işlər barədə danışıb.

ATƏT-dən Ermənistana tənqidi açıqlama gəlib: "Seçiciləri pulla ələ almağa çalışıblar".

"Gündəlik Teleqraf"ın bugünkü sayında həmçinin "QİÇS-ə yoluxanlara sosial dəstək veriləcək", "Stadionda əxlaqsızlıq yuvası", "Böyük tarixə kiçik siyasət", "Vahid namizəd haqqında deyilənlər arzudur", "Azərbaycan mətbəxini dəyişdirən sinifdə qalar" başlıqlı yazılar və maraqlı köşələr dərc olunub.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm