Eldəniz Quliyev “El”dən getdi: “Eldar Namazova xəbər verməmişəm”
Bizi izləyin

Nida.az

Eldəniz Quliyev “El”dən getdi: “Eldar Namazova xəbər verməmişəm”

“El” hərəkatının yaradıcılarından olan Eldəniz Quliyev hərəkatdan istefa verib.


Publika.az-a açıqlamasında E. Quliyev bunu vaxtının az olması, hərəkatın fəaliyyətində iştirak edə bilməməsi ilə əlaqələndirib: “Mən Ziyalılar Birliyinin sədriyəm, həm də Milli Şurada təmsil olunuram. “El”də, demək olar, fəaliyyət göstərmirdim. Ona görə də istefa vermək qərarına gəldim”.


E. Quliyev istefasından hansısa siyasi motivlərin olmadığını bildirib. O, istefası ilə bağlı hərəkatın rəhbəri Eldar Namazova xəbər vermədiyini deyib.


“Eldar Namazovun Bakıda, yaxud xaricdə olduğunu bilmirəm. Ona bu barədə heç nə deməmişəm. Necə qarşılayacağını deyə bilmərəm. Amma bundan sonra Milli Şura və Ziyalılar Forumunda fəaliyyətimi davam etdirəcəm”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm