Eldar Namazovdan Eldəniz Quliyevin istefasına reaksiya: “Yolu açıq olsun”
Bizi izləyin

Nida.az

Eldar Namazovdan Eldəniz Quliyevin istefasına reaksiya: “Yolu açıq olsun”

“El” hərəkatının rəhbəri Eldar Namazov hərəkatın təsisçilərindən olan Eldəniz Quliyevin istefasına münasibət bildirib.


Publika.az-a açıqlamasında E. Namazov Eldəniz Quliyevə uğurlar arzuladığını deyib.


“Mən indi xəbər tutdum. Nə deyə bilərəm?! Allah işini avand etsin, yolu açıq olsun. Ona uğurlar arzulayıram. Mən hazırda xaricdəyəm. Bununla bağlı detallı açıqlamanı Azərbaycana qayıdandan sonra verəcəyəm”, - deyə E. Namazov bildirib.


Qeyd edək ki, E. Quliyev Publika.az-a açıqlamasında istefasını vaxtının azlığı ilə əlaqələndirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm