• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sələfi lider: “Xəvvaricilər İŞİD-i “İslam dövləti” deyə burda təbliğ edirlər” - ŞOK

  • Nida.az
  • 7 Noyabr 2014 15:20
  • 1 638 Baxış
Sələfi lider: “Xəvvaricilər İŞİD-i “İslam dövləti” deyə burda təbliğ edirlər” - ŞOK

“Şimal bölgəsində xəvvaricilər aktivləşib. Onlar əhalinin dini biliyi olmayan kəsimin üzərində aktiv şəkildə təbliğat aparırlar”.

Bunu Publika.az-a açıqlamasında Xudat sələfilərinin lideri Nadir Xosrovoğlu deyib.

Sələfi lider xəvvaricilərin əsasən Quba və Qusar bölgəsində çoxluq təşkil etdiyini bildirib. Onun sözlərinə görə, bu günlərdə iki nəfərin Suriyaya getdiyi xəbəri yayıldı: “Həmin adamlar bir müddət ortalıqda görünmürdü. Xəbərlər var idi ki, Suriyaya gediblər. Amma sonradan geri döndülər. Dediklərinə görə, Dərbəndə işləmək üçün gediblərmiş. Son vaxtlar konkret kimlərin Suriyaya getdiyi bilinməsə də, getməmiş də olmazlar. Çünki onların təbliğatı, davranışları bunu əyani surətdə göstərir”.

N. Xosrovoğlu xəvvariclərin başqaları kimi ibadət etmədiyini bildirib.

“Nə normal şəkildə bir yerə toplaşıb ibadət edirlər, nə də məscidlərə gedirlər. Əsasən çayxanalarda, insanların çox olduğu yerlərdə oturur və təbliğat aparırlar. Sələfi icmasından indiyə qədər heç kim onların təbliğatına uymayıb. Çünki onlar bizim aramızdan çıxıb. Kim olduqlarını yaxşı bilirik. Amma sadə insanlar, dini biliyi az olanlar onlara tez aldanır”, - deyə o bildirib.

Sələfi lideri xəvvaricilərin İŞİD-i dəstəklədiklərini deyib. Onun sözlərinə görə, bu insanlar İŞİD-i “İslam dövləti” deyə camaat arasında təbliğ edir: “Biz buna qarşı camaat arasında təbliğatımızı aparır, insanlara düzü göstəririk. Ona görə bizi sevmirlər. Onlarla bizim aramızda fikir ayrılığı 2010-cu ildə Ramazan bayramı zamanı ortaya çıxdı. Biz bayramı dövlətin etdiyi vaxt qeyd etməyin tərəfdarı olduğumu dedik. Onlarsa bununla razılaşmadı. Biz ayın 9-cu, onlarsa 10-u etdilər. Lakin biz bunun bölünməmizə səbəb olacaq böyük məsələ olmadığını dedik. Onlarsa artıq öz fikirlərini qəbul etmişdi. Əslində bayram bəlkə də bəhanə imiş, məhz ondan sonra bütün rayonlarda xəvvariclər ayrıldılar. Əvvəlcə namaz qılmayanları kafir adlandırdılar. Biz bununla razılaşmayanda “kafirə kafir deməyən sizlər də kafirsiniz” deyə bizə hücum etdilər”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR