Müqavimət Hərəkatından Rəsul Quliyevə cavab gəldi
Bizi izləyin

Nida.az

Müqavimət Hərəkatından Rəsul Quliyevə cavab gəldi

"Ola bilər Rəsul Quliyevin fikirləri təhrif olunub, əgər təhrif olunmayıbsa, hesab edirəm ki, sərgilənən münasibət çox qeyri-ciddidir".

Publika.Az-a bu sözləri KXCP Ali Məclisinin sədri Bəybala Əbil eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən söyləyib.

Rəsul Quliyev özünün təşəbbüsü ilə yaradılan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının etimadı doğrulda bilmədiyini deyib: "Demokratiya Uğrunda Müqavimət Hərəkatı ona olan etimadı doğrulda bilməyib. Bu qurum xalqdan ayrı, separat yaşayan qurumdur. Hesab edirəm ki, köklü islahatlar aparmağa cəhd etməliyik. Bu alınmayanda o ləğv edilməlidir ".

Müqavimət Hərəkatı bir neçə partiyanın birləşməsindən əmələ gəldiyi, onun başında konkret bir orqan, Sədrlər Şurasın olduğunu deyən KXCP funksioneri bildirib ki, Rəsul Quliyev hərəkatda yalnız bir partiya vasitəsilə təmsil olunur:

"Hərəkatda islahatların aparılması, yaxud onun buraxılması Sədrlər Şurasının səlahiyyətində olan məsələdir. Buna müzakirələrdən sonra qərar verilməlidir. Bu, bir nəfərin mətbuata açıqlaması ilə həll oluna bilməz.

Hərəkat yeni yaranıb. Cəmiyyətə uyğun olaraq islahatlar da aparıla bilər. Normal bir təşkilatdırsa, normal əsaslarla fəaliyyət göstərirsə, islahatlarda aparılacaq. Buna layiq qurum deyilsə, öz-özünə dağılıb gedəcək. Bu cür məsələlərin mətbuata çıxarılmasını düzgün hesab etmirəm".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm