Nida.az
Elmar Məmmədyarov: “Münaqişənin həlli ilə bağlı optimistəm“
Azərbaycanda səfərdə olan Portuqaliyanın xarici işlər naziri Paulo Portas Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla təkbətək və geniş nümayəndə heyətinin iştirakı ilə görüşüb.
Publika.Az-ın məlumatına görə, görüşdən sonra nazirlər media nümayəndələri üçün brifinq keçiriblər.
Suriya, İran və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını deyən Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarını məlumatlandırıb və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyi onun diqqətinə çatdırıb.
Nazir qeyd edib ki, iki ölkə arasında müştərək komissiyasının yaradılması barədə razılığa gəlinib: "Mədəniyyət və turizm, humanitar sahələrdə bir neçə sazişin inzalanması nəzərdə tutulub".
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə toxunan Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyulun ortalarında regiona yenidən səfər edəcəyini deyib:
"Paris görüşündə yeniliklərin olub-olmadığını deyən bilmərəm. Amma ümid edək ki, həmsədrlər öz işlərini daha aktiv şəkildə davam etdirəcəklər. Münaqişənin həlli ilə bağlı optimistəm, gec-tez həll olunacaq. Artıq beynəlxaql birlik də status-kvonun qəbuledilməz olduğunu bildirir. Ümid edirik ki, Ermənistan qoşunu Azərbaycan torpaqlarını tərk edəcək".
Portuqaliya naziri deyib ki, ölkəsi Avropa İttifaqının üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunu üstün tutur. Paulo Portas münaqişənin ölkələrin ərazi bütövlüyü şərçivəsində həll edilməsinin vacibliyini dilə gətirib.
Azərbaycana iş adamları ilə gəldiyini bildirən Portuqaliyanın baş diplomatı Azərbaycanın kənd təsərrüfatı və kommunikasiya şirkətləri arasında tərəfdaş tapacaqlarına ümid etdiyini söyləyib.
Ömər Əmirov
Publika.Az
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ