• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rafiq Manaflı: “Beynəlxalq birlik vahid namizəd məsələsində rol oynaya bilməz“

  • Nida.az
  • 27 İyun 2012 17:55
  • 249 Baxış
Rafiq Manaflı: “Beynəlxalq birlik vahid namizəd məsələsində rol oynaya bilməz“

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı müxalifətin 2013-cü il prezident seçkilərinə vahid namizədlə qoşulması ilə bağlı fikirlərini bildirərkən deyib ki, vahid namizədin müəyyənləşməsində cəmiyyətin, medianın, beynəlxalq birliyin rəyi mühüm rol oynayacaq.

Publika.Az-a açıqlamasında İctimai Palata Koordinasiya Şurasının üzvü Rafiq Manaflı isə fərqli düşündüyünü deyib. O, İctimai Palatada ümumiyyətlə vahid namizəd məsələsinin müzakirə olunmadığını söyləyib:

"Bizim əsas vəzifəmiz normal seçki mühitinin formalaşdırılmasıdır. Vahid namizədin müəyyənləşməsində isə cəmiyyətin və medianın münasibəti önəmli rol oynaya bilər. Hesab etmirəm ki, bu məsələdə beynəlxalq birliyin münasibəti həlledici olacaq".

Liderlərin qarşılıqlı güzəştləri məsələsinə toxunan Rafiq Manaflı bildirib ki, istənilən halda kompromis variant tapılmalıdır: "Güzəşt mütləq olacaq. Bunun kim edəcəyini isə deyə bilmərəm".

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR