Fransa radiosu: “Qarabağı azad etmək üçün Bakının yeni imkanları yaranacaq”
Bizi izləyin

Nida.az

Fransa radiosu: “Qarabağı azad etmək üçün Bakının yeni imkanları yaranacaq”

Ermənistanın Avrasiya İttifaqına daxil olması Azərbaycanın öz torpaqlarını azad etmək imkanlarını artırır.


Publika.az xəbər verir ki, Beynəlxalq Fransa Radiosu (Radio France İnternational - RFİ) İrəvanın Moskvaya yaxınlaşması, Avrasiya İttifaqına qəbulu və bunun regiondakı siyasi situasiyaya təsirini araşdırıb.


Ermənistan Avropa Birliyi ilə 4 il danışıqlar aparmasına baxmayaraq, Assosiativ sazişi imzalamaqdan imtina etdi, əvəzində Moskvanın Avrasiya İttifaqını seçdi. Lakin Avropa Birliyi hələ də ümidlidir. Avropa Ermənistana islahat üçün 150 milyon avro yardım edəcək. Bununla bağlı sənəd bazar ertəsi Brüsseldə Ermənistanın iqtisadiyyat naziri Karen Çmarityan və Avropa Birliyinin inkişaf məsələləri üzrə yeni komissarı Yoxannes Xan imzalayıb.


Bundan başqa, Avropa Birliyi Ermənistana kənd təsərrüfatının inkişafı üçün əlavə 25 milyon avro dəyərində yardım edəcək.

Y. Xan Brüsselin Ermənistanın müasirləşdirilməsinə kömək edəcəyini və lazımi islahatlara həsəvləndirəcəyini açıqlayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanda orta və kiçik sahibkarlığın inkişafına 12, insan haqlarının müdafiəsinin yaxşılaşdırılmasına isə 7 milyon avro ayrılacaq.


“Biz yaxın gələcəkdə Ermənistan və Avropa Birliyi arasında sıx əməkdaşlığın davam edəcəyinə ümid edirik”, - deyə avrokomissar bildirib.
Avrokomissar həmçinin Ermənistanın Avrasiya İttifaqında öhdəliklərinin də müzakirə ediləcəyini açıqlayıb.


Noyabrın 14-də Ermənistanın Konstitusiya məhkəməsi ölkənin yeni ittifaqa daxil olarkən götürdüyü öhdəliklərə baxacaq. Xatırladaq ki, Ermənistanın Avrasiya İttifaqına daxil olması oktyabrın 10-da Minskdə imzalanıb və 2015-ci ilin yanvarından ölkə ittifaqda fəaliyyətinə başlayacaq.

Konstitusiya məhkəməsində müzakirədən sonra sənədə noyabrın 17-18-də parlamentdə baxılacaq. Erməni ekspertlər parlamentdə sənədin qəbuluna ciddi maneələrin olmayacağını düşünürlər. Çünki cəmi 4 deputat üzvü olan fraksiya buna qarşı çıxır.


RFİ Ermənistanın Avrasiya İttifaqına daxil olmasını Azərbaycan üçün yeni imkanlar yaradacağını yazıb. Nəşrə görə, işğal edilmiş Dağlıq Qarabağ de-yure olaraq Azərbaycanın ərazisi sayılır, lakin de-fakto olaraq Ermənistanın əlindədir. İrəvanın quruma Qarabağla bir yerdə getməklə bağlı bütün cəhdlərinə baxmayaraq, ittifaqa BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində getməli oldu. Azərbaycan tərəfinin vaxtında hərəkətə keçməsi və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycan prezidenti İlham Əliyevə dəstək verməsi bunun qarşısını aldı.


RFİ qeyd edir ki, Ermənistanda Qarabağın əldən çıxacağı qorxusu yaranıb. Xüsusilə “Daşnaksütyun” partiyası ittifaqa girməyin əleyhinədir. Onlar ittifaqa üz olduqdan sonra üzvlərdən hansınınsa, daha konkret olaraq Qazaxıstanın Azərbaycana dəstək verəcəyini, beləliklə Bakının öz ərazilərini geri qaytara biləcəyini düşünürlər.

Digər tərəfdən, Qarabağla Ermənistan arasında xüsusi gömrük sərhədlərinin çəkilməsi buna imkanlar yaracaq.

Parlamentdə “İrs” fraksiyasının rəhbəri Ruben Akopyan Ermənustan hökumətinin insanları aldatdığını deyib: “Onlar Qarabağla Ermənistan arasında gömrük sərhədlərinin qurulmayacağı haqqında rus məmurların verdiyi sözü xatırladırlar. Amma bu hüquqi cəhətdən alınmayacaq və əgər sabah Qarabağla bizim aramızda gömrük sərhədi qurulsa, buna heç cür etiraz edə bilməyəcəyik. Belə bir sərhəd isə Qarabağın ermənilərin əlindən çıxması deməkdir. Bu, Azərbaycana əlavə imkanlar yaradacaq”.


RFİ qeyd edib ki, Ermənistan hökuməti ittifaqa daxil olmağı iqtisadi inkişafla bağlayır. Çünki bu addım onlar üçün geniş Rusiya bazarı açacaq. Amma bu həm də Qarabağ üzərində təsir imkanını itirmək deməkdir.

Maraqlıdır, münaqişədən regiona təsir üçün istifadə edən Rusiya nədənsə susur. Görünür, münaqişənin həllində Moskva da maraqlıdır. O, bunu birbaşa deyil, oyunçuların əli ilə həyata keçirmək istəyir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm