Nida.az
Siyavuş Novruzovdan “Freedom House” açıqlaması
“Freedom House” təşkilatının Leyla Yunusu müdafiə etməsi bu şəxsdən öz məqsədi üçün istifadə etdiyini sübut edir. Görünür, təşkilatı insan haqları, yaxud demokratiya yox, öz adamları maraqlandırır”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
deyib.
S. Novruzov Leyla Yunus və digər QHT rəhbərlərinin istintaqının
Azərbaycanın daxili işi olduğunu bildirib. Onun sözlərinə görə, heç
bir kənar dövlət, o cümlədən beynəlxalq təşkilat, yaxud hansısa QHT
səviyyəli qurumlar başqa ölkənin daxili işinə qarışa bilməz: “Bu
beynəlxalq hüquq səviyyəsində tanınan məsələdir. “Freedom House”
kimi hüquqdan, qanundan danışan təşkilatlar isə öz maraqları
gələndə beynəlxalq hüquqa məhəl qoymur. Bu tip təşkilatların
vergidən yayınmaya və digər hüququ pozuntularına görə saxlanılan
QHT rəhbərlərini canfəşanlıqla müdafiə etməsi şübhələr yaradır.
Görünür, onların bu təşkilatlarla əlaqələri olub və istintaqın bu
qaranlıq əlaqələri ortaya çıxarmasından qorxurlar. Ona görə də hər
addım başı məsələni qaldırır, Azərbaycana qarşı qeyri-obyektiv,
qərəzli, ədalətsiz fikirlər səsləndirilər”.
YAP rəsmisi “Freedom House” təşkilatının İdarə Heyətində bir neçə
erməninin olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycana qarşı bu
cür qərəzli mövqenin arxasında onların da barmağı var.
“Məhz erməni lobbisindən aldığı maliyyə hesabına Azərbaycan
haqqında müxtəlif ölkələrdə, qurumlarda qeyri-dəqiq, qərəzli rəy
formalaşdırılır. Bu prosesdə onlara satılmış bir neçə avropalı
siyasətçilər də var. Onların da iç üzü yavaş-yavaş açılır. Hər kəs
Azərbaycanın müstəqil ölkə olduğunu anlamalıdır. O cümlədən
“Freedom House” təşkilatı da. Biz öz müstəqilliyimizi “Freedom
House”un, onlara donos yazanların, yaxud onların diktəsi ilə
oturub-duranların maraqlarına qurban verə bilmərik. Hər kəs bu
təşkilatın Azərbaycanla bağlı verdiyi məlumatın heç bir əsası
olmadığını bilir. Sadəcə olaraq, Leyla Yunus və ona bənzər vətən
xainlərinin informasiyaları hesabına hazırlanır. Hamısı da bir
mərkəzdən, erməni lobbisi tərəfindən idarə olunur. Belə
təşkilatların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz müstəqil
siyasətini aparacaq və hər bir dövlətlə bərabər hüquqlu əlaqələrini
quracaq”, - deyə YAP rəsmisi qeyd edib.
Qeyd edək ki, “Freedom House” təşkilatı Leyla Yunusun müdafiəsini
təşkil edən vəkillərin uzaqlaşdırılması ilə bağlı bəyanat yayaraq
Azərbaycan hökumətini ittiham edib.
Asif Nərimanlı
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR