Mübariz Qurbanlı: “İqtisadi inkişafla müqayisədə milli dəyərlər geridə qalıb”
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlı: “İqtisadi inkişafla müqayisədə milli dəyərlər geridə qalıb”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq milli-mənəvi dəyərlər mövzusunda tədbirlər keçiriləcək. Bu tədbirlərin məqsədi gənclərlə görüşərək fikir mübadiləsi aparmaq, onlarda milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Publika.az xəbər verir ki, bu fikirləri DQİDK-nin sədri Mübariz Qurbanlı “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən treyninqdə deyib.

M.Qurbanlı qeyd edib ki, bu gün sosial-iqtisadi inkişafla mənəvi dəyərlər arasında fərqlər yaranıb. “İqtisadi inkişafla müqayisədə milli dəyərlər geridə qalıb. Bu baxımdan hesab edirəm ki, tariximizi öyrənərək bu problemi aradan qaldırmalıyıq. Tariximizi öyrənmək üçün hədəflər seçməliyik. Dünyadakı 50 milyonluq azərbaycanlının hər biri Şimali Azərbaycanı öz vətəni kimi hiss etməlidir”.

İslam dini hər birimizin dinimizdir. Bu dəyəri qorumalıyıq. Lakin təəssüf ki, bəzi radikal qrupların təsiri altına düşürük. Lakin heç bir qüvvənin dini dəyərlərimizə müdaxilə etməsinə imkan verməməliyik”.

Gulxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm