Səxavət Əlisoy: “Otaqları çayxana, xəngəlxanaya icarəyə verib pul qazanmaq istəyirlər?”
Bizi izləyin

Nida.az

Səxavət Əlisoy: “Otaqları çayxana, xəngəlxanaya icarəyə verib pul qazanmaq istəyirlər?”

“Gülağa Aslanlı gələcəkdə Hacıbala Abutalıbovun yerinə iddialıdır”.


Bunu Publika.az-a açıqlamasında başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Gülağa Aslanlının bu gün nəzərdə tutulan görüş üçün rəhbərliyə müraciət etməyin lazım olduğu haqda fikirlərinə münasibət bildirərkən deyib.


Onun gülməli vəziyyət yarandığını bildirib: “Biz başqanın legitimliyini tanımırıq. Ona necə “hörmətli başqan, bizim görüşümüzə icazə verin” deyə yaza bilərik. Bunlar hökuməti qurultay üçün yer verməməkdə ittiham edirdilər. İndi özləri bizə azad fikrimizi ifadə etmək üçlün yer vermirlər. Bu adamlar hakimiyyətə iddialıdır. Onlar hakimiyyətə gəlsə nələrin baş verəcəyini düşünün. Bu adamlar ya yeməklərinə nəsə qatıb yeyirlər, ya da onlarda yuxu pozğunluğu var. Nə üçün bu qədər aqressivləşiblər? Biz Müsavat üzvləri olaraq bir yerə yığışıb sözümüzü demək istəyirik. Bunlar da icazə vermir. Adamdan soruşarlar: Müsavatın kimin dədəsinin malıdır?! Bu gün “Müsavatın kimin dədəsinin malıdır?” sualını haqlı olaraq hər bir müsavatçı verə bilər. Müsavatın bütün üzvləri qərargahda istədiyi görüşü keçirdə bilər. Buna görə də Hacılıdan, Həsənlidən, yaxud qeyrisindən icazə almamalıdır. Bu zehniyyət populist zehniyyətidir və bu populist zehniyyət dəfn edilməlidir”.


S. Əlisoy nizamnamədə partiya qərargahının başqana aid olduğu müddəasının yazılmadığını deyib. Onun sözlərinə görə, hazırki rəhbərlik qərargahı özəlləşdirmək istəyir: “Bəlkə otaqları çayxana, yaxud xəngəlxana üçün icarəyə verib pul qazanmaq istəyirlər? Onların narazılarla üz-üzə oturub fikir mübadiləsi aparmağa cəsarətləri çatmır. Mən onların yerinə xəcalət çəkirəm. Təsəvvür edin, Hacılının müxtəlif vəzifələrə təyin etdiyi bir neçə adam var. Onlar sosial şəbəkələrdə hansısa narazı fikrə qarşı sərt hücuma keçirlər. Bu nə yanaşmadır? Bu gün partiyanın rayon təşkilatlarının 80 faizi iflic vəziyyətindədir. Bu məsələləri müzakirə etsinlər. partiyanın niyə bu vəziyyətə düşdüyü aydınlaşsın”.


Başqanlığa keçmiş namizəd görüşün baş tutacağına əmin olduğunu bildirib.


“Müsavatçıların iradəsi ilə bu görüş keçiriləcək. Əgər buna qarşıdırlarsa, gəlib qapını qıfıllasınlar. 15-20 qolu zorlunun əlinə dəyənək verib bizi içəri girməyə qoymasınlar. Alternativ fikrə qarşı olduqlarını da etiraf etsinlər. Bunlardan nə desən gözləmək olar. Müsavat kimi partiyanı bu günə salanlar hər cür addım ata bilər”, - deyə S. Əlisoy bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm