“O, partiyada nifaq toxumu səpdi” - Qubad İbadoğluna sərt ittiham
Bizi izləyin

Nida.az

“O, partiyada nifaq toxumu səpdi” - Qubad İbadoğluna sərt ittiham

“Əgər həqiqi biznesdən söhbət gedirsə, bizneslə məşğul olmaq ayıb deyil. Amma siyasi bizneslə, QHT biznesi ilə məşğul olmaq ayıbdır. Bizdə belələri kifayət qədərdir”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Qubd İbadoğlunun ona dediyi “getsin biznesi ilə məşğul olsun” sözlərinə münasibət bildirərkən deyib.

V. Hacıbəyli “facebook”da Q. İbadoğluna qarşı mənfi fikir səsləndirmədiyini bildirib. O, məqsədinin Müsavatda baş verənlərin müsbət nəticələnməsinə çalışması olduğunu deyib.


Daha sonra Q. İbadoğlunun rəhbərliyi altında narazıların bu gün keçirəcəyi görüşə toxunan V. Hacıbəyli qarşı tərəfi Müsavat daxilində “separatçılıq” toxumu səpməkdə ittiham edib.


“Qubad İbadoğlu noyabrın 8-də bütün müsavatçıları yığıncağa dəvət edərək “bu görüşün Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacağına inandığını” bəyan edib. Nə qədər lazımlı və gözəl sözlərdi. Mən bu sözlərin səmimiyyətinə inanmaq istəyirəm və hamını da buna inanmağa çağırıram. Hərçənd, qurultaydan sonra o, tərəfdarlarından heç kəsin seçkili orqanlarda təmsil olunmayacağı barədə bəyanat verməklə partiyada faktiki nifaq toxumu səpdi. Bu hal onun səmimiyyətinə şübhələr üçün kifayət qədər əsaslar da verir. Əgər bu gün birlik çağırışı edən Qubad İbadoğlu da sonradan yanlış addımlar atacaqsa, bu gün onun səmimiyyətinə inananlar suçlu sayıla bilməz. Bu mənada mən yenə də nə deyirəmsə, hamısının altından gələcəkdə də imza atmağa hazıram. Bu həm də Müsavatdakı partiya kütlələrinin əsasən sağlam mövqedə dayanmaqla partiyada təftişçiliyin, sabotajın, qeyri-sağlam siyasi mübarizə üsullarının rədd edilməsi əzmini göstərəcəklərinə olan inamla bağlıdır”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm