Nida.az
Tural Abbaslı görüşdə iştirak etməyəcək
Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Qubad İbadoğlunun rəhbərliyi ilə MNTK-nən rəyinin müzakirə olunacağı görüşə qatılmayacaq.
Bu barədə Publika.az-a T. Abbaslının özü məlumat verib.
O, qurultaydan sonra nəticələri tanıdığını açıqladığı üçün bu
görüşdə iştirakı düzgün hesab etmir: “Biz seçkidə pozuntuların
olmadığını açıqlamışıq və nəticələri tanımışıq. Buna görə də
bugünkü görüşdə iştirak etməyimiz doğru deyil. Amma bu addımımız
yalnız qurultaydan sonra verdiyimiz açıqlamadan irəli gəlir. Yəni
partiyadan hər şeyin yolunda olduğunu qəbul etmirik”.
Qeyd edək ki, Müsavat Partiyasının MNTK başqanlığa keçmiş namizəd
Qubad İbadoğlunun seçkinin nəticələri ilə bağlı arayışına mənfi rəy
verib. Seçkidən narazılar buna etiraz olaraq bu gün partiya
qərargahında saat 17:00-da görüş keçirmək niyyətindədir.
MNTK-nın keçmiş sədri, Qubad İbadoğlu tərəfdarı olan Əlövsət
Talışxanlı Publika.az-a açıqlamasında görüşdən sonra nəticənin
olacağını gözlədiklərini deyib.
“Bu nəticə mənfi, yaxud müsbət ola bilər. Amma biz nələrinsə
olacağını gözləyirik. MNTK-nın pozuntularla bağlı arayışa verdiyi
rəy “xala xətrin qalmasın” tipli cavab idi. Biz də toplaşıb bu
məsələlərə yenidən baxılmasına nail olmaq niyyətindəyik. Nə baş
verəcəyinə hər kəs şahid olacaq”, - deyə o bildirib.
Ə. Talışxanlı seçkinin nəticələrindən narazı qalanların partiyanın
əksəriyyəti olduğunu bildirib: “Keçmiş Divanın 80 faizi bu gün yeni
rəhbərlikdən narazıdır. Nəticələrdən narazı olanlar 25 ildir
partiya üçün can qoyublar. Bizim davamız müstəqil, demokratik
Azərbaycandır, hansısa vəzifə əldə etmək yox”.
Asif Nərimanlı
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ