Nida.az
Başqan müavininin qarşısında iki fakt: “Cavab verin”
Müsavat Partiyasının başqanlığına keçmiş namizəd, narazıların yaratdığı İşçi Qrupunun üzvü Səxavət Əlisoy başqan müavini Gülağa Aslanlının seçkinin saxtalaşdırılması ilə bağlı fakt tələb etməsinə sərt reaksiya verib.
Publika.az xəbər verir ki, S. Əlisoy bununla bağlı
iki fakt təqdim edib: “Gülağa bəy, statuslarınızı, rəylərinizi
izləyirəm. Siz fakt tələb edirsiniz. İki fakt təqdim edirəm,
buyurun, cavab verin. Birincisi, qurultaydan sonra Səbail rayonunda
sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən
xəbərsiz olduğunu açıqladıqdan sonra Məclisdə Hacılı seçkinin
nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər
cəzalandımı?
İkincisi, Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından
yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu
saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə
bunu edirlər?”
S. Əlisoy daha sonra Arif Hacılının tərəfdarlarının sosial
şəbəkələrdə narazıların ünvanına səsləndirdikləri fikirlərə
münasibət bildirib.
“Mən yalnız başı ilə düşünənlərlə polemika edirəm və onların
yazdıqlarına münasibət bildirirəm”, - deyə o bildirib.
Asif
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var