Nida.az
Niyaməddin Orduxanlı bələdiyyə seçkilərində namizədliyini irəli sürdü
“Bunların hamısı deputat olmaq istəyir. Ancaq elələri var ki, heç yaşadığı ərazidən bələdiyyə üzvlüyünə namizəd olmayıblar. Hələ bir bələdiyyə üzvü seçilin və bundan sonra böyük iddialara düşün”.
“Dördüncü dəfə bələdiyyə seçkilərində iştirak etmək qərarını
verdim. BAXCP-nin 450-ci namizədiyəm. Artıq lazım olan sənədləri 45
saylı Dairə Seçki Komissiyasına təqdim etmişəm”.
Publika.az-ın məlumatına görə, bunu mətbuata
açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə
müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bu günə qədər 3 dəfə bələdiyyə seçkilərində iştirak edib və hər üçündə də qalıb gəlib:” İndiyə kimi Azərbaycanda cəmi 3 dəfə bələdiyyə seçkiləri keçirilib. İlk dəfə 1999-cu ildə Azərbaycanda keçirilən bələdiyyə seçkilərində 21 yaşında iştirak etmişəm və ən gənc bələdiyyə üzvlərindən biri olmuşam. 2004 və 2009-cu illərdə də BAXCP-nin namizədi kimi qalıb gəlmişəm. Namizədliyimi irəli sürdüyüm Abşeron rayonu Mehdiabad qəsəbəsinin 6000-dən artıq seçicisi və 20 000 yaxın əhalisi var. Kifayət qədər seçicisi olan bir qəsəbənin bələdiyyəsində təmsil olunmaq asan məsələ deyil”.
BAXCP sədrinin müavini onu da bildirib ki, ölkədə yeganə partiya sədrinin müavinidir ki, həm də 15 illik bələdiyyə təcrübəsi var: “Siyasətlə məşğul olan hər kəs seçkidə iştirak etməlidir. Ancaq bu gün partiyalarda təmsil olunan rəhbər şəxslərin bələdiyyə seçkilərindən iştirak etməkdə maraqlı görünmürlər. Niyə seçkiyə qatılmırsınız? Bunların hamısı deputat olmaq istəyir. Ancaq elələri var ki, heç yaşadığı ərazidən bələdiyyə üzvlüyünə namizəd olmayıblar. Hələ bir bələdiyyə üzvü seçilin və bundan sonra böyük iddalara düşün. Yəqin ki, seçkiyə qatılmamalarının səbəbi yaşadığı ərazilərdə geniş seçici dəstəyinin olmaması olə bağlıdır”.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO