Nida.az
“Moskva Şimali İranı işğal etmək üçün dəhliz açmağa hazırlaşır” – Şok iddia
Bir neçə gün bundan əvvəl Gürcüstan parlamentinin Vahid
Milli Hərəkat Partiyası fraksiyasının azərbaycanlı deputatı Azər
Süleymanov bizimlə söhbətində Ermənistanı Rusiya ilə bağlayacaq
Abxaziya dəmir yolu ilə bağlı şok bir iddia irəli sürmüşdü. Onun
sözlərinə görə, Abxaziya dəmir yolunun açılması Rusiya ilə
razılaşdırılıb və yaxın günlərdə bu plan reallaşdırıla
bilər.
“Bu danışıqlar Ermənistan baş nazirinin müavini ilə Tiflis hökuməti
arasında aparılıb. Gizli şəkildə aparılan danışıqlarda dəmir
yolunun açılması məsələsi razılaşdırılıb. Danışıqların detalları
tam məlum deyil. Amma Gürcüstan mediası da bu haqda xəbər verib”, -
deyə azərbaycanlı deputat bildirmişdi.
Rəsmi Bakı Abxaziya dəmir yolunun açılmasına qarşıdır. Çünki bu,
Ermənistanın Rusiya ilə quru yolunu aça bilər. Saakaşvili hökuməti
dəmiryolun açılmasından qəti şəkildə imtina etsə də, 2012-ci ildə
“Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlməsindən sonra məsələ
yenidən aktuallaşıb. Gürcüstan ali rəhbərliyində baş verən son
dəyişikliklərdən sonra isə bu məsələnin reallaşdırılması
ehtimalları daha da yüksəlib. Gürcüstanda baş verənlərin və
nazirlərin istefasının Kremlin istəyi ilə həyata keçirildiyi
bildirilir. Postlarını tərk edən Maya Pancikidze (xarici işlər
naziri), Aleksi Petriaşvili (avrointeqrasiya üzrə dövlət naziri) və
İrakli Alasaniya (müdafiə naziri) ölkənin xarici siyasət kursunu
həyata keçirən əsas şəxslər idi. Onların hər üçü Qərbə
inteqrasiyaya xüsusi bağlılığı ilə tanınırdı.
İ.Alasaniya isə Rusiyanın əsas düşməni rolunda çıxış edən NATO-ya inteqrasiyanın çılğın tərəfdarıdır. Məhz onun əməyi sayəsində NATO və Gürcüstan arasında yeni əməkdaşlıq paketi razılaşdırılıb. NATO-nun Gürcüstanda yaradacağı təlim bazası, ABŞ-ın qurmaq istədiyi raketdən müdafiə sistemi ölkənin təhlükəsizliyinin demək olar ki, alyansa etibar edilməsi anlamına gəlir. Artıq onların heç biri, daha doğrusu Kremlin sevmədiyi “üçlük” hökumətdə təmsil olunmur. Əksinə, “Rusiya oliqarxı” kimi tanınan sabiq baş nazir Bidzina İvanişvili tərəfindən idarə olunduğu deyilən Qaribaşvili hakimiyyətdədir. İddialara inansaq, dolayı olsa belə Kremlin Qaribaşviliyə yüksək təsir imkanları var. Beləliklə də, Abxaziya dəmir yolunun açılışı ilə bağlı Kremlin maraqları Tiflis tərəfindən yerinə yetirilə bilər. Baxmayaraq ki, Gürcüstan ərazisinin 20 faizinə qədərinin məhz Rusiya tərəfindən işğal olunduğu faktdır.
İlk baxışdan hesab etmək olar ki, Abxaziya dəmir yolunun
fəaliyyətinin bərpası Avrasiya İttifaqına daxil olan Ermənistanın
qurumun digər üzvləri ilə iqtisadi əlaqələrinin inkişaf
etdirilməsinə imkan verəcək. Məlumdur ki, Ermənistanın Avrasiya
İttifaqının digər üzvləri ilə ümumi sərhədi yoxdur. Bu isə vahid
gömrük məkanı üçün olduqca vacib amildir. Məlumata görə, İrəvan
Avrasiya iqtisadi məkanından idxal olunacaq məhsulların gömrük
rüsumlarının aşağı salınması üçün Tiflislə danışıqlar aparır.
Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinə gəlincə, iki ölkə
arasında yeganə quru əlaqəsi Gürcüstanın Yuxarı Lars sərhəd keçid
məntəqəsi vasitəsilə həyata keçirilir. Qış aylarında isə burada
ciddi problemlər yaşanır. Abxaziya dəmir yolunun fəaliyyətinin
bərpası isə İrəvana ikinci nəfəs verə bilər.
Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkinin “Nyupost”
agentliyinə verdiyi müsahibədə səsləndirdiyi iddia isə onu deməyə
əsas verir ki, Abxaziya dəmir yolu Ermənistandan daha çox Rusiyaya
lazımdır. Onun sözlərinə görə, Rusiyanın əsas hədəfi Ermənistandakı
Gümrü bazasına Gürcüstan vasitəsilə yol açmaqdır.
Keçmiş müdafiə naziri qeyd edir ki, “Gürcüstan regionlarının
müdafiəsi" Kremlin Tiflisə yeni təhdididir: “Rusiya Dövlət
Dumasında Gürcüstana qarşı daha bir ideyaya baxılır. Rusiya
hərbçiləri və ekspertlər Gürcüstanda müharibə meydanının
genişləndirilməsi məsələsinə baxırlar. Əsas təhlükə Gümrüdəki baza
ilə bilavasitə əlaqə yaratmaq üçün Rusiyanın böyük arzusunun
yaranmasıdır. Bu yollardan biri də Abxaziya dəmir yoludur”.
D.Şaşkin həmçinin iddia edir ki, digər bir plan yeni ərazilərin
işğalı ilə Ermənistana birbaşa dəhlizin açılmasıdır: “Hazırda
Avar-Kaxetiya yolu tikilməkdədir. Abxaziya ilə Moskvanın
razılaşmalarının kökündə Ermənistanın sərhədinə çıxış dayanır.
Rusiyalı ekspertlər qeyd edir ki, 2008-ci il müharibəsinin əsas
məqsədlərindən biri - Ermənistan sərhədinə çıxış planı yerinə
yetirilməyib. Rusiyaya Ermənistan sərhədinə birbaşa çıxış üçün
Kaxetiya yolu lazımdır. Bu vəziyyətdə Gürcüstan potensial qurbana
çevriləcək. Rusiyada əvvəlki kimi İranda vəziyyətin kəskinləşməsi
halında Şimali İranın işğalı haqqında söhbətlər davam edir. Rusiya
Baş Qərargahı artıq açıq şəkildə bildirir ki, bunun üçün onlara
Gürcüstan vasitəsilə dəhliz lazımdır.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili də
ötən ay Rusiyanın Tiflisi almaq üçün yol çəkdiyini barədə açıqlama
vermişdi: “Rusiyanın siyasətinə və Avar-Kaxetiya yolunun
tikilməsinə reaksiya verilməlidir. Biz onları bu yolun - hərbi
yolun nə üçün istifadə ediləcəyini açıqlamağa məcbur etməliyik.
Putin deyir ki, yol ona hərbi texnika üçün lazımdır. Bunu o,
2008-ci ildə deyib. Dediyi hər şeyi də edir. Oçamçir və Qalidə
(Abxaziya, Qərbi Gürcüstan), dəmir yolu salındı, 350 tank yeritdi.
Roksk tunelini nə üçün istifadə etdiyini hamımız gözəl bilirik.
Sxinvalidə kəsmə yol ilə texnika yürütdü. Hər dəfə yol tikdikdə onu
hərbi təyinatda istifadə edir. Avar-Kaxetiya yolu Tiflisi almaq
üçün lazımdır”.
Gürcüstanın sabiq müdafiə nazirinin yenidən bu fikri səsləndirməsi
narahatlığa kifayət qədər əsasların olduğunu göstərir: “Bu yeni
ideyalar onu göstərir ki, bizdən alınan 20 faiz torpaqla Rusiya
2008-ci ildə öz hədəfinə nail olmadı. Tiflisi almaq 2008-ci ildə
hədəf idi. Nədən Rusiyanın belə bir hədəfi var? Gümrüdəki bazaya
yeganə quru yol Gürcüstan vasitəsilə, Tiflis vasitəsilə keçir.
Şimali İrana müdaxilə olacağı halda 100 minlik hərbi korpus
lazımdır. Tiflis yolu bunun üçün ən münasib yoldur”.
Ömər Dağlı
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO