
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisin qonağı olacaq.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, Ruhaninin parlamentdə deputatlar qarşısında
çıxış edəcəyi planlaşdırılır.
Qeyd edək ki, H. Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə 10 sənədin imzalanması gözlənilir.
Asif