Nida.az
“Bir salama dəymədi...” – Milli Şura narazı müsavatçıları da saymadı
Milli Şuranın 9 noyabrda “Məhsul” stadionunda keçirdiyi mitinq təkcə 700 nəfərlik iştirakçısı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının öz dediklərinə özü də gülərək “7 minlik mitinq” adlandırması ilə yadda qalmadı. Mitinqin gedişində diqqətləri çəkən məqamlardan biri Müsavat Partiyasının tanınmış simalarının iştirakçılar arasında olması idi.
12 oktyabr mitinqində olduğu kimi, müsavatçılar bu dəfə də mitinqə qatılmışdılar. Sadəcə olaraq, simalar dəyişmiş, ötən mitinqdə İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı və onlara yaxın şəxslər iştirak etsə də, bu dəfə narazı müsavatçılar eyni səfdə yer almışdı. Qubad İbadoğlu, Tural Abbaslı, Vurğun Əyyub və onlara yaxın şəxslər iştirakçılar arasında dayanaraq tribunaya doğru baxırdılar.
Qeyd edək ki, 12 oktyabr mitinqinə qatılan İsa Qəmbər–Arif Hacılı
cütlüyü və onlara yaxın şəxslər tribunaya yaxın buraxılmadı. Bu
azmış kimi Milli Şura rəhbərliyindən Cəmil Həsənli və Əli Kərimli
onların heç birinə salam belə vermədi.
Arif Hacılı qrupundan narazı olan Qubad İbadoğlu tərəfdarları da
tribunaya buraxılmamaqla eyni münasibət gördü. Lakin maraqlı olan
Milli Şura rəhbərliyinin narazılara salam verib-verməməsidir.
Tural Abbaslı Publika.az-a açıqlamasında onlara da
salam verilmədiyini deyib: “Mənə salam vermədilər, lakin mən bundan
incimirəm. Qubad bəyin də nə adını çəkdilər, nə də söz verdilər.
Mənim belə bir gözləntim yox idi. Görünür, təşkilatçılar belə
məsləhət görüblər”.
Onun sözlərinə görə, Müsavatın rəhbərliyinin iştirakı zamanı
tribunadan adlarının belə çəkilməməsinə bir o qədər önəm
verilməməlidir: “Əsas olan mitinqin məqsədidir. Lakin orda
müsavatçıların da iştirakının vurğulanması daha yaxşı olardı.
Siyasətdə qəbul olunmuş protokol qaydaları var. Siyasi
münasibətlərin tənzimlənməsində protokol qaydaları həlledici rol
oynayır. Təşkilatçılar ən azından protokol qaydalarına riayət
etməli idilər. Amma Müsavatda kiminsə bu hərəkətdən incidiyinə
inanmıram”.
12 oktyabr mitinqindən fərqli olaraq bu dəfə İsa Qəmbər və
rəhbərlikdə təmsil olunanların qatılmamasına münasibət bildirən T.
Abbaslı bunu onların işlərinin çoxluğu ilə əlaqələndirib: “Bu dəfə
İsa bəylə Arif bəy işləri ilə əlaqədar gələ bilməyiblər. Çünki
partiyada zona müşavirələri keçirilir, onunla bağlı işlər var.
İştirak etməmək səbəbi sırf texniki məsələlərlə bağlıdır. Bu dəfə
iştirak etsəydilər, ötən dəfə mitinqdəki dost qınağı nəzərə
alınardı”.
T. Abbaslı Milli Şura rəhbərlinin Müsavata soyuq münasibətinin
qabardılmasının ümumi işin ziyanına olduğu üçün gündəmə
gətirilməsinin tərəfdarı olmadığını bildirib.
Asif Nərimanlı
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL