Komitə sədri: “Ruhaninin səfəri münasibətlərin yaxşılaşdırılması üçün vacib addımdır”
Bizi izləyin

Nida.az

Komitə sədri: “Ruhaninin səfəri münasibətlərin yaxşılaşdırılması üçün vacib addımdır”

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü, Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin noyabrın 11-də Azərbaycana planlaşdırılan rəsmi səfərinə münasibət bildirib.

Komitə sədri Publika.az-a açıqlamasında bu səfərin böyük əhəmiyyət daşıdığını deyib: “Çünki İran bizim böyük qonşu dövlətimizdir. Hesab edirəm ki, bu səfər İran-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün atılan ən böyük addımlardan biri olacaq. Bu yaxınlarda prezident İlham Əliyev İranda səfərdə olub. İndi də İran prezidenti Bakıya səfərə gəlir. Əlbəttə ki, bu cür səfərlər nə qədər çox olarsa, bu, iki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafına imkan yaradacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm