Ermənistan parlamenti “DQR”-i yenə tanımadı: “İrəvan stress içindədir”
Bizi izləyin

Nida.az

Ermənistan parlamenti “DQR”-i yenə tanımadı: “İrəvan stress içindədir”

Ermənistan parlamenti qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanımayıb.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, “DQR”-in müstəqilliyini tanımaqla bağlı qanun layihəsini parlamentə müxalifətdəki “İrs” partiyası təqdim edib. Partiya üzvü Zarui Postandyan separatçı “DQR”-in müstəqilliyini tanımağın çoxdan vaxtının çatdığını iddia edib. Onun fikrincə, bu addımı ilk olaraq İrəvan atmalıdır.


Lakin erməni deputatlar qanun layihəsinə səs verməyiblər. Erməni Milli Konqresinin üzvü Levon Zurabyan bu addımı atmağın tez olduğunu deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsində sülh danışıqlarını zədələmək deməkdir.


“Bu hərbi hərəkətlərin başlamasına və Ermənistanın daha çox təcrid olunmasına səbəb olacaq”, - deyə erməni deputat bildirib.


Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İskəndəryan bildirib ki, qanun layihəsinin dəstək qazanmayacağı əvvəlcədən bəlli olub. Onun sözlərinə görə, qanun layihəsi parlamentdə azlığa malik olan partiya tərəfindən hazırlanıb.


Rusiya Federasiyası İctimai Palatasının ictimai diplomatiya komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Vesti Kafkaza” saytına açıqlamasında qondarma “DQR”-in tanınması haqqında qanun layihəsinin Ermənistan parlamentindən keçməməsinin bir neçə səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi stressdədir: “İrəvan Rusiya və ABŞ-dan eyni dərəcədə qorxur. Onlar manevrlər etməyə məcburdurlar. Bununla yanaşı, Rusiya-Azərbaycan münasibətləri hazırda çox sürətlə inkişaf edir. Bu isə İrəvanda narahatçılığa səbəb olur”.


Rusiyalı politoloq qondarma “DQR”-in tanınmasının münaqişənin sülh yolu ilə həllinə əngəl olacağını deyib.


“Bu, Ermənistanın münaqişənin həllində güzəştlərə maraqlı olmadığını göstərəcəkdi. Digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqına girişinə maneələr yaranardı. Çünki ittifaqın hər üç üzvü – Rusiya, Belarus və Qazaxıstan bu münaqişənin həllinə çalışır və Azərbaycanla münasibətlərinə diqqətlə yanaşır”, - deyə S. Markov bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm