Rusiyalı politoloq: “Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, ya da...”
Bizi izləyin

Nida.az

Rusiyalı politoloq: “Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, ya da...”

“Ermənistan ordusunun hərbi qulluqçularının Dağlıq Qarabağda xidmət etməsi təəccüblü deyil. Bura de-fakto olaraq Ermənistanın idarəçiliyi altındadır. Bu baxımdan, İrəvanın Dağlıq Qarabağın hüquqi statusunu müəyyənləşdirməyə məcbur olduğunu hesab edirəm”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov bildirib.


Onun fikrincə, Ermənistan ya bu bölgəni rəsmi şəkildə - qeyri-rəsmi bu belədir- öz tabeçiliyinə almalı, ya da Abxaziya, Cənubi Osetiya kimi müstəqilliyini tanımalıdır: “Üçüncü variant işğal etdiyi əraziləri boşaltmaqdır. Amma hansısa erməni rəhbərinin sağlam düşüncə ilə buna gedəcəyini demək çətindir”.


Qeyd edək ki, Ermənistan parlamenti “İrs” fraksiyasının qondarma “DQR”-i tanımaqla bağlı qanun layihəsini qəbul etməyib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm