Elmar Məmmədyarov sədrliyi təhvil vermək üçün Strasburqa getdi
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov sədrliyi təhvil vermək üçün Strasburqa getdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Nazirlər Komitəsinin 13 noyabr tarixində keçiriləcək iclasında iştirak etmək üçün Strasburqa yola düşüb.

Publika.az-a bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İclasda nazir E.Məmmədyarov çıxış edərək Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək və Azərbaycan Respublikasının altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm