Həsən Ruhani: "Əməkdaşlığın genişlənməsi üçün imkanlardan istifadə edəcəyik"
Bizi izləyin

Nida.az

Həsən Ruhani: "Əməkdaşlığın genişlənməsi üçün imkanlardan istifadə edəcəyik"

"Biz Davosda, Tehranda, Həştərxanda və bu gün də Bakıda görüşürük, müzakirələr aparır və artıq bu, bizim dördüncü görüşümüzdür. Düşünürəm ki, biz dörd mərhələdə irəliyə doğru addımlar atmışıq”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Həsən Ruhani deyib ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi üçün mövcud olan imkanlardan yaxşı istifadə edə bilərik:

"Əvvəlki bütün danışıqlarda, məsul şəxslərin görüşlərində və əldə olunan razılaşmalarda biz iki ölkə arasında mövcud olan imkanların yalnız cüzi hissəsindən istifadə etmişik.

Amma bununla yanaşı, iqtisadi, mədəni, sərhəd məsələlərində, Xəzər dənizindən istifadə, həmçinin siyasi, beynəlxalq məsələlərdə əməkdaşlıq üçün böyük potensial var. Biz bu gün və sabah danışıqlarda bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün imkanlardan istifadə edəcəyik. Yaranan fürsətdən istifadə edib maraq doğuran bütün məsələlər haqqında müzakirələr aparacağıq. Şübhəsiz ki, bütün bu danışıqlar yaxın gələcəkdə növbəti əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə təsir göstərəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm