• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycana İŞİD xəbərdarlığı: “Bu, Aralıq dənizinə qədər uzanacaq dövlətin xəyalıdır”

  • Nida.az
  • 13 Noyabr 2014 11:22
  • 951 Baxış
Azərbaycana İŞİD xəbərdarlığı: “Bu, Aralıq dənizinə qədər uzanacaq dövlətin xəyalıdır”

İŞİD Yaxın Şərqdə gücləndikcə təhlükənin çevrəsi də genişlənir. Bir sıra ekspertlər Rusiyanın, dolayısıyla Qafqazın bu təhlükənin hədəfində olduğunu deyirlər.

Publika.az xəbər verir ki, Rusiyada Federasiya Şurasının sədr müavininin məsləhətçisi, sabiq diplomat Andrey Baklanov “İslam dövləti” təhlükəsinin təsirlərini şərh edib.


A. Baklanovun fikrincə, indi vəziyyət daha da kəskinləşib. Onun sözlərinə görə, amerikalılar silahlı müdaxiləni artırdıqca bu kəskinləşmə daha da genişlənəcək: “Bu problemə beynəlxalq problem kimi baxılmaması pisdir. İŞİD müxtəlif güclər tərəfindən dəstəklənir. Bu qruplaşma İraqda yaranıb və Suriyada məşhurlaşıb. İŞİD sıralarına daha çox aldadılmış insanlar qoşulur. Bu insanlar “İslam dövləti”nə alternativ yol kimi baxırlar. Ümumbəşəri problem olan İŞİD-ə qarşı birgə mübarizə aparmaq olardı. Amma ABŞ bunu təkbaşına həll etmək istəyir. Halbuki onlara heç kim bu səlahiyyəti verməyib və bu rolu pis yerinə yetirdikləri də göz önündədir. “İslam dövləti”nin yaradılması bunun tək xalqa aid olmadığını sübut etdi. Birgə müzakirələr aparılmalı və regional ölkələr buna qarşı birləşməlidir”.


Baklanov Rusiya, Azərbaycan və post-sovet məkanında İŞİD-in təsir edə biləcəyi ölkələrin birləşməsini təklif edib.


“Bu təhlükəni kiçik görməməliyik. Vaxtilə Suriyada Əsədə qarşı vuruşan bu qruplaşma bir neçə gün içində İraqa hücum etdi və yeni münaqişə ocağı yaratdı. Hazırda bu ölkədə qanlı müharibələr gedir. Onlar hədəf seçdikləri Suriya və İraqda istədiklərinə az da olsa nail ola biliblər. Deməli, bundan ruhlanıb davam edəcəklər. Növbəti hədəf Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri olacaqsa, daha sonra Qafqaza və Rusiyaya doğru sürünə bilərlər. Bu hədəflər sırasında Azərbaycan da, Türkiyə də var. Eləcə də Orta Asiya ölkələri də bu sıralamaya daxildir. İndiki rakursdan baxdıqda belə bir şeyin reallaşması bizə gülməli gələ bilər. Amma nə üçün buna qarşı birləşməməliyik?” - deyə o bildirib.


A. Baklanova görə, İŞİD dünya və region üçün böyük riskdir: “Maraqlıdır, onlara heç kim müsəlmanları birləşdirmək missiyası tapşırmamışdı. Lakin onlar birləşdi və müsəlman dövləti yaratmaq qərarını verdilər. Bu çox təhlükəli fikirdir. Onlar bunu müxtəlif regionlarda da yerinə yetirməyə qalxacaqlar. Suriya və İraqın nümunəsində İŞİD-in sərhədləri asanlıqla aşdığının şahidi olduq. Təsəvvür edin, eyni proses regionda və dünyanın bir çox yerində baş verir. Dünya ictimaiyyəti bunu gözdən qaçırmamalı, dərhal mübarizə metodları hazırlayıb hərəkətə keçməlidir”.


Rusiyalı sabiq diplomata görə, İŞİD Avropa üçün də böyük təhlükədir. Onu sözlərinə görə, bu qruplaşma “Taliban”dan fərqli olaraq, ilk dəfə dövlət qurmağa cəhd etdi: “Bu, Aralıq dənizinə qədər uzanacaq bir dövlətin xəyalıdır və bu gün avropalılar tam olaraq İŞİD-ə mənfi yanaşmır. Ciddi təhlükələri gözdən qaçırmamalıyıq”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR