Arif Hacılı Pənah Hüseynin projesidir? – Müsavatda sirlər açılır
Bizi izləyin

Nida.az

Arif Hacılı Pənah Hüseynin projesidir? – Müsavatda sirlər açılır

Müsavat başqanı Arif Hacılının “Yeni Müsavat” qəzetinə müsahibəsində “Başqan seçilməsəydiniz nə edəcəkdiniz” sualına cavabı narazı qrupun sərt reaksiyasına səbəb olub.


Qeyd edək ki, A. Hacılı cavabında 20 ildən çoxdur Müsavat Partiyasında fəaliyyət göstərdiyini və bu müddət ərzində partiyada keçirilən bəzi seçkilərin nəticələrindən, müxtəlif təyinatlardan, müxtəlif seçki kampaniyalarında verilən təqdimatlardan narazı qaldığı vaxtlar olduğunu deyib: “Bu narazılığımı şəxsi söhbətlərdə həm İsa Qəmbərə, həm Müsavat rəhbərliyində olan digər dostlarıma demişəm. Amma sonra ya şəhər kənarına çıxmışam, ya Zaqatalaya getmişəm, Qafqaz dağlarında gəzmişəm, təmiz hava almışam, bir-iki həftə oralarda gəzib beynim aydınlaşdıqdan sonra yenə də qayıdıb gəlib Müsavat Partiyasında öz fəaliyyətimi davam etdirmişəm. Bu qurultayın nəticəsində başqan seçilməsəydim eyni ssenari təxminən təkrar olunacaqdı”.


Publika.az xəbər verir ki, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Arif Hacılını yalan danışmaqda ittiham edib.


“Nağıl danışma, Arif Hacılı. Sən Məclis sədrliyini uduzduğun seçkinin ertəsi günü partiya sıralarını tərk etmək barədə istefa ərizəsi verib getdin Zaqatalaya. Sən küsüb gedən günün axşamı partiyada sənin üçün nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi təsis olundu. İstəsən, o vəzifənin ideya müəllifinin adını də çəkə bilərəm - Pənah Hüseyn! Amneziyan varsa, həkimə get. Yoxdursa düz danış”, - deyə o bildirib.


S. Əlisoy MNTK tərəfindən partiyadan uzaqlaşdırılan Kamil Xəlibəylini də müdafiə edib: “Kamil bəy, partiya rəhbərliyini işğal etmiş Hacılı dəstəsinin antidemokratik hərəkətləri, plüralizm, azad fikir qarşısında acizliyi göz önündədir. Onlar saxtakarlıqlarını ört-basdır etmək üçün siyasi repressiyalara start veriblər. Özləri də bilir ki, heç nəyə nail ola bilməyəcəklər. Əlahəzrət tarix onları öz kitabına saxtakar kimi yazıb.
Budur onları narahat edən, bəy. Ruhdan düşmə, hədəf növbədənkənar qurultaydır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm