• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İsrail eksperti: “Bakı helikopteri niyə vurmalı idi?” – Səbəb

  • Nida.az
  • 13 Noyabr 2014 15:42
  • 709 Baxış
İsrail eksperti: “Bakı helikopteri niyə vurmalı idi?” – Səbəb

“Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz və qeyd-şərtsiz lideridir”.

Bu sözləri Axar.az-a açıqlamasında israilli ekspert Arye Qut söyləyib. Ekspert Ermənistan helikopterinin vurulmasının Azərbaycanın səbrinin tükənməsinə işarə olduğunu bildirib:

“Artıq 22 ildir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və bu bölgəyə bitişik 7 rayonunu işğal altında saxlayır. İşğal nəticəsində ölkədə bir milyon qaçqın vardır. Rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Son hadisələr onu göstərir ki, Azərbaycan Ermənistana bu işğalın daha belə davam etməyəcəyini anlatmaq istəyir. Azərbaycanın Ermənistan helikopterini vurması onu göstərir ki, Bakının səbri tükənib. Beynəlxalq hüquq normalarına görə Azərbaycan nəinki özünü müdafiə etmək, həm də Ermənistan tərəfindən işğal edilmiş ərazilərini azad etmək hüququna malikdir. Təəssüflər olsun ki, bugünkü beynəlxalq münasibətlər reallığı gücün ən önəmli faktor olaraq qaldığını göstərir. Bugünkü Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz və qeyd-şərtsiz lideridir. Bu baxımdan da son hadisə lazım olanda Azərbaycanın öz gücünü göstərməyə hazır olduğunu təsdiqlədi”.

O, Bakının özünün suverenliyini qorumasının mühüm amil olduğunu deyib:

“Ermənistana məxsus olan helikopterin İrəvanın özünün də Azərbaycanın ərazisi kimi tanıdığı Ağdam rayonuna icazəsiz gəlməsinin beynəlxalq ictimaiyyət tərəfindən qınanması məsələsinə gələndə, mən burada İsrail dövlətinin təcrübəsini göstərə bilərəm. Kimin nə deməsindən, bu kontekstdə Azərbaycanın haqlı addımını dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, ölkənin təhlükəsizliyi və suverenlyi dövlətin əlində olmalıdır. Bu bir reallıqdır ki, bir ölkə özünü qoruya bilmirsə, müdafiə edə bilmirsə, o ölkəyə müstəqil dövlət demək çətindir. Biz bunu bu gün Ukraynanın misalında çox yaxşı görə bilərik. Bu baxımdan Ermənistan Silahlı Qüvvələrinə aid helikopterin Azərbaycanın Ağdam rayonu ərazisində vurulması Azərbaycanın öz müstəqilliyini qorumaq üçün atdığı addımdır. Bunu heç kim qınaya bilməz. Ermənistan bu barədə düşünməli və bir daha işğal altındakı ərazilərdə Azərbaycanı təhdid edən hərbi manevrlərə yol verməməlidir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR