Helikopterin vurulmasına Rusiyadan REAKSİYA
Bizi izləyin

Nida.az

Helikopterin vurulmasına Rusiyadan REAKSİYA

Rusiya Azərbaycan və Ermənistanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırıb.

Publika.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç bu gün keçirilən mətbuat konfransında deyib.

“Biz Dağlıq Qarabağ regionunda insanların ölümü ilə nəticələnən son insidentə görə narahatıq. Münaqişə tərəflərinə səslənirik, onları regionda gərginliyi artıracaq addımlardan çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərlərinə Soçi, Nyu-York və Parisdə keçirilən görüşlər zamanı münaqişənin dinc yolla həll edilməsi üçün götürdükləri öhdəlikləri yerinə yetirməli olduqlarını xatırladırıq”, - deyə Rusiyalı rəsmi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm