Moskva Dövlət Universitetinin dosenti: “İşğal edilmiş ərazilərdə hərbi təlimlər təxribatdır”
Bizi izləyin

Nida.az

Moskva Dövlət Universitetinin dosenti: “İşğal edilmiş ərazilərdə hərbi təlimlər təxribatdır”

“Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlərin keçirilməsi birbaşa təhdiddir və bunun məntiqi davamı olaraq helikopter vurularaq salındı”.


Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev Azərbaycan səmasında təxribat uçuşları yerinə yetirən erməni helikopterinin vurulmasını şərh edərkən deyib.


Onun sözlərinə görə, hərbi təlimlər əvvəldən təxribat xarakteri daşıyıb: “Erməni silahlı qüvvələri tərəfindən keçirilən təlimlər işğal edilmiş ərazilərlə yanaşı, Azərbaycanın təmas xəttinə yaxın bölgələri üçün də birbaşa təhlükədir. Ermənistanın iqtidarı Dağlıq Qarabağ münaqişəsi nəticəsində hakimiyyətə gəlib. Onlar iqtidarlarını qorumaq üçün münaqişənin davam etməsində maraqlıdır. Halbuki bu gün Ermənistan iqtisadi cəhətdən çox ağır durumdadır, insanlar ölkəni tərk edir. Ölkədə gərgin iqtisadi və siyasi böhran var. Ötən həftə işsizlərin mitinqi də bunu deməyə əsas verir. Hakimiyyətin ünvanına ciddi ittihamlar səslənir. Əlillərin problemləri həll edilmir, korrupsiya ölkəni bürüyüb, hakimiyyət ticarəti inhisara alaraq şəxsi cibini doldurur. İrəvan rejimi məhz daxili problemlərdən diqqəti yayındırmaq üçün təmas xəttində zaman-zaman təxribatlara əl atır”.


İ. Ağakişiyevin sözlərinə görə, belə təxribat cəhdlərində insan həyatının təhlükəyə düşməsi İrəvan rejimini narahat etmir.


“Ermənistan hərbi təlimlərə pul xərcləməkdənsə, təqaüdləri artıra, sosial yardımları genişləndirə bilər. 1988-ci il zəlzələsindən əziyyət çəkən və bu günə qədər vaqonlarda yaşayan insanların həyat şəraitini yaxşılaşdıra bilər. Əgər Ermənistan hakimiyyətini erməni xalqının taleyi düşündürsəydi, bu addımları atardı”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm