Alman analitik: “Beynəlxalq aləm Ermənistanı provokasiyalardan çəkindirməlidir”
Bizi izləyin

Nida.az

Alman analitik: “Beynəlxalq aləm Ermənistanı provokasiyalardan çəkindirməlidir”

“Beynəlxalq cəmiyyət Ermənistanı provokasiyalardan saxlamalıdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Berlin Azad Universitetinin dosenti, Xəzər regionunun öyrənilməsi üzrə Berlin Mərkəzinin assosiativ üzvü Mattias Dornfeldt Ermənistanın hərbi vertolyotunun təmas xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ən böyük beynəlxalq oyunçuların Ukrayna böhranına diqqətinin artması münaqişə zonasında erməni təxribatlarının şoxalmasına imkan yaradır: “Erməni hərbçiləri Ukrayna böhranının kölgəsində Dağlıq Qarabağda və onun ətrafında mövqeləri yaxşılaşdırmağa, həmçinin öz hərəkətlərinin radiusunu genişləndirməyə çalışırlar. Bu halda onlar Azərbaycan tərəfinin reaksiyasını da sınaqdan keçirirlər”.

Politoloq həmçinin hesab edir ki, erməni təxribatçıların aktivləşməsi Ermənistanın Avrasiya inteqrasiya layihələrinə girişi ilə bağlı ola bilər: “Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqina Ermənistanın inteqrasiyası belə hərəkətlər üçün İrəvanda əminlik yaradır. Amma erməni rəhbərliyi unudur ki, onun bu siyasəti sözügedən ittifaqların digər üzvlərinin xarici siyasi maraqlarına diametral ziddir”.

Almaniyalı ekspert hesab edir ki, bu kontekstdə beynəlxalq cəmiyyət Ermənistanı Azərbaycan Respublikasına qarşı sonrakı fitnəkar addımlardan çıkindirməlidir: “Çünki Cənubi Qafqazdakı indiki kövrək vəziyyət bütün əlaqədar tərəflərə ziyan vurur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm