Səfir: “Hələlik ermənilər tərəfindən səfirliyə qarşı təxribat olmayıb” - ÖZƏL
Bizi izləyin

Nida.az

Səfir: “Hələlik ermənilər tərəfindən səfirliyə qarşı təxribat olmayıb” - ÖZƏL

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov təmas xəttini pozan, Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirib.

Səfir E.Əmirbəyov Publika.az-a açıqlamasında deyib ki, Fransa dövləti hələlik bu məsələ ilə bağlı mövqe bildirməyib: “Fransa tərəfinin bu məsələ ilə bağlı mövqeyi yalnız ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə olub. Digər tərəfdən, bu məsələ ilə bağlı kiminsə Azərbaycanı qınamasına hər hansı əsas yoxdur. Çünki həmin hərbi helikopter Azərbaycan ərazisində vurulub. Ermənistan tərəfi ərazimizə soxulub və buna görə də helikopteri vurulub. Buna görə də hər kəs bizi anlamalıdır”.

E.Əmirbəyov Fransadakı erməni diasporu tərəfindən Azərbaycan səfirliyinə qarşı hər hansı təxribatın olması ehtimalından da danışıb: “Hələ ki bununla bağlı hər hansı cəhdlər yoxdur. Biz bu məsələ ilə əlaqədar Fransanın hakimiyyət orqanları ilə əlaqədəyik. Hər şey normal gedir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm