Əli Həsənov: “Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq”

Hakimiyyət yetkilisi “Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır”, - dedi

Noyabrın 12-də KXCP qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin toplantısında hakimiyyət-müxalifət dialoqu ilə bağlı təşəbbüs irəli sürülüb. Quruma daxil olan bir qrup siyasi partiya rəhbəri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş təklif ediblər.

Məsələ ilə əlaqədar müsavat.com-a açıqlamasında Əli Həsənov bildirib ki, hakimiyyətlə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında dialoq demokratik inkişafın zəruri şərtlərindən biridir və vətəndaş cəmiyyətinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli müzakirələr aparıla bilər. Hesab edirik ki, bu sahədə kifayət qədər təcrübə də toplanmışdır. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınmışdır.

Buna görə də bir sıra siyasi partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm