YAP-çı deputat: “Ermənilər bunu təkrarlasa, yenə vurulacaqlar”
Bizi izləyin

Nida.az

YAP-çı deputat: “Ermənilər bunu təkrarlasa, yenə vurulacaqlar”

Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı İlham Əliyev ötən gün təmas xəttini pozan Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirib.

YAP-çı deputat İ.Əliyev Publika.az-a açıqlamasında deyib ki, həmin hərbi helikopterin uçduğu ərazi Azərbaycanın tarixi torpaqlarıdır.

Onun sözlərinə görə, Azərbaycan öz ərazilərində bu cür icazəsiz və təxribat məqsədli uçuşların həyata keçirilməsinə imkan verməyəcək: “Əgər bu cür uçuşlar təkrarlansa, o zaman həmin hərbi helikopterlər və yaxud təyyarələr yenə də vurulacaq. Biz imkan vermərik ki, Azərbaycan ərazilərində düşmən hər hansı təxribatlar həyata keçirsin. Azərbaycan tərəfi indiyədək Ermənistana dəfələrlə xəbərdarlıq edirdi. Ancaq onlar buna əhəmiyyət vermədi və nəticəsi onlar üçün ağır oldu. Yəqin ki, ermənilərin bundan sonra həmin ərazilər üzərində uçuşlar həyata keçirməyə hünərləri çatmaz”.

İ.Əliyev bəzi beynəlxalq təşkilatların bu hadisə ilə bağlı ikili standartlara uyğun mövqe nümayiş etdirməsi məsələsinə də toxunub: “Bu yaxınlarda prezidentlərin Parisdə keçirilən görüşündə Ermənistan və Azərbaycan tərəfinə münaqişənin sülh yolu ilə həlli tövsiyə olunsa da, çox təəssüf ki, Ermənistan tərəfi yenə də öz təxribat məqsədli addımlarını davam etdirdi və sülh danışıqlarını pozdu. Ümumiyyətlə, Ermənistan tərəfi hər dəfə sülh danışıqlarını pozur. Nədənsə, bəzi beynəlxalq təşkilatlar da buna göz yumurlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm