Mingəçevirdə bələdiyyə seçkiləri ilə bağlı seminar keçirilib
Bizi izləyin

Nida.az

Mingəçevirdə bələdiyyə seçkiləri ilə bağlı seminar keçirilib

Mingəçevirdə MDB Parlamentlər Assambleyanın Katibliyinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təşkil bələdiyyə seçkilərinə hazırlıqla bağlı seminar müşavirə keçirilib.

Publika.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə facebook səhifəsində xəbər paylaşıb. O qeyd edib ki, tədbirdə Milli Məclisin komitə sədri Arif Rəhimzadə, MSK üzvü Qabil Orucov, MDB PA Azərbaycan nümayəndəsi Aydın Cəfərov və seçki üzrə digər ekspertlər iştirak edib. Seminara Mingəçevir seçki məntəqələrinin üzvləri və müşahidəçilər də qatılıb.

Həmçinin millət vəkili qeyd edib ki, seminardan sonra yerli seçiciləri qəbull edib: "Günorta saat 2-dən başlayaraq 4 saat ərzində 40 qədər seçicini qəbul etdim. Bir qisminin problemi yerində həlçll edildi, bir qisminin məsələsi isə qeydiyyata götürüldü".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm