Nida.az
"AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə edilməyib"
Noyabrın 14-də Avropa Şurasının Parisdəki ofisində
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin
iclası keçirilib.
İclasda “Monako ilə pozitiv dialoq”un, Bosniya-Herseqovinada,
Ukraynada və Bolqarıstanda keçirilən parlament seçkilərinin
nəticələri müzakirə olunub, Moldova üzrə həmməruzəçilərin bu ölkəyə
səfərləri ilə bağlı məruzələr dinlənilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədri Səməd Seyidov iclasda müzakirə olunan məsələlərlə bağlı
AzərTAc-a müsahibəsində deyib: “Komitədə bir çox məsələ müzakirə
olundu. Amma Azərbaycan ilə bağlı hər hansı məsələnin müzakirəsi
gündəlikdə nəzərdə tutulmamışdı. Buna baxmayaraq Azərbaycan
nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət
bildiriblər və qeyd ediblər ki, ölkəmizin mövqeyi nəzərə alınmalı,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi nəzarət
altında olmalıdır”.
Komitə sədri bildirib ki, son zamanlar dünya ictimaiyyətinin
diqqətini münaqişədən yayındırmağa cəhd edən ermənilər tərəfindən
təxribat halları çoxalıb. İki gün əvvəl Azərbaycan hava
sərhədlərini pozan və dinc əhalini vahiməyə salan helikopterin
vurulması ətrafında ermənilərin qaldırdığı hay-küyü buna misal
göstərmək olar. Bütün bunların hamısı çox ciddi məsələlərdir. Ona
görə də biz, Monitorinq komitəsində bu və digər məsələləri daima
gündəmdə saxlayırıq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!