Nida.az
“La Stampa” İrəvanı qınadı: “Bu, növbəti müharibənin qığılcımı ola bilər”
“Ukrayna hadisələri Qafqazda Dağlıq Qarabağ münaqişəsinin alovlanması ehtimalını unutdurub. Hərçənd Ermənistan ordusunun qondarma “Dağlıq Qarabağ Respublikası”nın adına çıxdığı hərbi helikopteri Azərbaycan səmalarında uçurtması və qarşı tərəfin onu vurması unudulmuş post-sovet müharibəsinin yenidən qızışa biləcəyi ehtimalını gücləndirir”.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın
“La Stampa” nəşri Azərbaycanın hava məkanını pozan erməni
helikopterinin hərbçilərimiz tərəfindən vurulmasını şərh edərkən
yazıb.
Nəşr 1988-ci ildə ermənilərin azərbaycanlıları doğma yurdlarından
çıxarılması və ərazi iddiaları nəticəsində başlanan Qarabağ
münaqişəsinin SSRİ-nin “xalqlar dostluğu” mifini dağıtdığını yazıb:
“25 il əvvəl başlanan münaqişə dondurulmuş vəziyyətdə qalır.
Ermənistan qondarma “DQR” yaradıb. BMT qətnamələrini yerinə
yetirmir. Helikopter olayı hadisələrə bir daha nəzər salmağı məcbur
edir. Ermənistan təyyarələrini Azərbaycan səmasında uçurtmaqla nə
demək istəyirdi? Yerli ekspertlərə görə, Paris görüşündən sonra 40
minlik erməni ordusunun Dağlıq Qarabağda hərbi təlimlərə başlaması
Bakıya qarşı əzələ nümayişi idi. Məqsəd həm də növbəti təxribata
start vermək olub. Bakı helikopteri vurduğunu inkar etmir. Çünki bu
ərazilər beynəlxalq hüquqda, dünyanın ən ali orqanı BMT tərəfindən
Azərbaycan torpaqları hesab olunur. Belə olan təqdirdə, Bakı nə
üçün helikopteri vurduğunu inkar etməlidir? Erməni tərəfi isə
Azərbaycanı adekvat cavab verməkdə hədələyir. Dünya gücləri
tərəfləri sakit olmağa çağırır. Lakin bu toqquşma növbəti
müharibənin qığılcımı ola bilər. Bəzi şərhçilərə görə, Qafqazda
unudulmuş münaqişə Ukrayna müharibəsinin əks-sədası ola bilər.
Xüsusilə, Bakı və İrəvan qarşıdurmasında Ermənistanı dəstəkləyən
Moskvanın addımları buna zəmin yarada bilər. Ötən ay Ermənistanın
Avrasiya İttifaqına qoşulması haqqında qərarın qəbulu İrəvanı
Rusiyaya daha çox yaxınlaşdırdı”.
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO