Nida.az
Novruz Məmmədov: "Azərbaycan daxili və xarici siyasətində uğurlu addımlar atmaqda davam edir"
Azərbaycan həm öz daxili siyasətində, həm də xarici siyasətində uğurlu addımlar atmaqda davam edir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin sona yetməsinə bir müddət qalsa da, ümumiləşdirərək müəyyən bir fikir söyləmək mümkündür: "Azərbaycan elə əvvəlki illərdə olduğu kimi, həm öz daxili siyasətində, həm də xarici siyasətində uğurlu addımlar atmaqda davam edir. Bunu son səfərlər də nümayiş etdirir. Hər şeydən əvvəl qeyd edim ki, hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti müxtəlif ölkələrə təxminən 15-ə yaxın rəsmi səfər edib. Onların da əksəriyyəti Avropa ölkələrinə olub. Eyni zamanda, cənab Prezident 10-a yaxın beynəlxalq tədbirdə iştirak edib. Səfərlər Fransa, Yunanıstan, Macarıstan, İtaliya və digər ölkələrə olub. Beynəxalq təşkilatlardan söhbət gedəndə isə Şanxay Əməkdaşlıq Təşkilatı, Niderlandda Nüvə sammiti, Böyük Britaniyada NATO sammiti, Çexiyada Şərq Tərəfdaşlığı, sonra Gürcüstanda Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığına dair görüş, Xəzər sammiti və digər çox mühüm tədbirlərdə olub".
N.Məmmədov bildirib ki, əslində bunların hamısını ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycan indiyə qədər inkişafının yeni mərhələsinin bünövrəsini qoyub: "Doğrudan da səmimiyyətlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan postsovet məkanında, yəni SSRİ dağıldandan sonra yaranan müstəqil dövlətlər içərisində, heç bir problemi olmayan, ən uğurla hərtərəfli inkişaf edən bir dövlətdir. Bütün dövlətləri müqayisə edin. Azərbaycan iqtisadi, siyasi, hərbi, mədəni, idman və digər sahələrdə əməkdaşlıqla bərabər, beynəlxalq aləmdə öz mövqeyini gündən-günə möhkəmləndirir".
Onun sözlərinə görə, bu baxımdan, ikinci mərhələ - bu illər ərzində
ümummilli liderin əsasını qoyduğu böyük layihələrin həyata
keçirilməsindən sonra indi sanki yeni bir mərhələ başlayır: "Bu
illərdə TANAP, TAP kimi layihələrin, gələn il Bakı-Tbilisi-Qars
dəmiryolunun həyata keçirilməsi, o cür böyük layihələrin davamıdır
və bunların hər biri həm region üçün, həm də mənə belə gəlir ki,
Avropa üçün çox böyük əhəmiyyətə malikdir. Bu, praktiki işlərlə
bağlı görülən tərəf idi.
PA rəsmisi bildirib ki, digər tərəfdən, Azərbaycan bu il ərzində də
beynəlxalq aləmdə öz reytinqini, nüfuzunu çox gücləndirdi,
möhkəmləndirdi: "Bu gün biz deyə bilərik ki, təxminən 10-a yaxın
Avropa ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı
ya bəyannamə, ya da bəyanat qəbul edilib və ya yaxud
imzalanıb".
N.Məmmədov qeyd edib ki, elə bir neçə gün bundan əvvəl dövlət
başçısının Macarıstana səfəri zamanı Azərbaycanla Macarıstan
arasında əməkdaşlığın bütün sahələrdə daha da genişlənməsinə, daha
da dərinləşməsinə təkan verəcək mühüm bir bəyannamə imzalandı:
"Bundan bir gün sonra isə İran İslam Respublikasının Prezidentinin
Bakıya səfəri zamanı Azərbaycan və İran prezidentləri arasında da
bəyannamə imzalandı. Bu bəyannamələrin çox böyük əhəmiyyəti var.
Mən hələ bu hər iki səfər zamanı imzalanan başqa sənədləri qeyd
etmirəm, çünki bəyannamələr bu ölkələrin əməkdaşlıq edəcəyi bütün
sahələri əhatə edir. Xüsusilə də bizim üçün vacib olan odur ki, hər
iki bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin
dəstəklənməsi, münaqişənin beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun həlli, zor işlətməməklə həlli və s. çox
açıq-aydın formada özünü göstərir. Bu ölkələrimiz arasında həm
inanın Bu səfərlər zamanı elə bir sahə olmadı ki, həm Azərbaycanla
Macarıstan, həm də Azərbaycanla İran arasında əməkdaşlıqla bağlı
fikir mübadiləsi, müzakirə aparılmasın və yeni bir addım atılması
üçün şərait yaradılmasın. Ona görə də dediyim kimi, elə bu il
Azərbaycan Prezidentinin İtaliyaya səfəri zamanı da İtaliyanın ilə
Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı bəyanat qəbul
edildi".
PA rəsmisi bildirib ki, dövlət başçımızın həm beynəlxalq
tədbirlərə, həm də Avropa ölkələrinə səfərləri Azərbaycanla Avropa
İttifaqı arasında əməkdaşlığın inkişafına təkan verir: "Bizim
bununla bağlı xüsusi mövqeyimiz var. Siz yəqin bilirsiniz ki, uzun
illər proseslər getdi, biz müəyyən məsələlərdə narazılığımı da
bildirdik. Yəni bu prosesləri - mən Avropa İttifaqı ilə əməkdaşlıq
istimqamətində prosesləri qeyd edirəm - ümumilikdə götürəndə, bizim
Avropa ölkələri ilə, ayrı-ayrılıqda hər biri ilə çox gözəl
əlaqələrimiz var. Amma Avropa İttifaqı ilə əməkdaşlıqdan söhbət
gedəndə bir sıra məsələlər ortaya çıxdı ki, biz ona xüsusi
mövqeyimizi bildirdik. Azərbaycan Prezidenti ilə Macarıstanın Baş
naziri arasında söhbət zamanı belə bir şey hiss etdim ki, hər iki
dövlət başçısı özlərinin əsas vəzifələrini, rəhbərlik etdikləri
ölkələrinin, dövlətlərinin milli maraqlarını müdafiə etməyi bir
nömrəli vəzifə hesab edir. İndiki dövrdə isə milli maraqları,
dövlətçilik maraqlarını müdafiə etmək o qədər asan deyil. Amma indi
nə üçün bunu Macarıstan ilə bağlı deyirəm? Macarıstanın da Baş
naziri bunu etdiyi üçün onun Avropa İttifaqı ilə müəyyən
problemləri ortaya çıxdı. O da irad bildirir ki, siz məndən
əməkdaşlıq istəyirsiniz, amma gəlin elə edək ki, mənim maraqlarıma
zərbə dəyməsin".
N.Məmmədov hesab edir ki, Azərbaycan Prezidentinin, Azərbaycan
xalqının ən böyük şansı və xoşbəxtliyi bundan ibarətdir ki, bu
müddət ərzində SSRİ dağıldıqdan sonra yaranan dövlətlər içərisində
yeganə olaraq Azərbaycan bu günə kimi, özünün həm müstəqilliyini,
həm suverenliyini, həm sabitliyini, həm təhlükəsizliyini, həm də
iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafını təmin edə
bilib.
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq