Hafiz Hacıyev: ”Erməniyə deyən yoxdur ki, sənin başqa ölkənin torpağında nə işin var?”
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev: ”Erməniyə deyən yoxdur ki, sənin başqa ölkənin torpağında nə işin var?”

"Avropa Şurası, ümumiyyətlə, beynəlxalq təşkilatlar, Qərb ölkələri həmişə Azərbaycana ikili standartlarla yanaşıblar. Bu qərəzli münasibəti hər hansı bir hadisə baş verəndə də müşahidə edirik”.


Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, bəzi qüvvələrin ümid bəslədiyi Qərb yalnız Azərbaycanın əleyhinə işləyib: «Ermənilər hava sərhədimizi pozublar, əsgərlərimiz də həmin helikopteri vurub. Dünya ayağa qalxıb ki, niyə məsələləri bu cür həll edirsiniz. Amma erməniyə deyən yoxdur ki, sənin başqa ölkənin torpağında nə işin var? Birincisi, ermənilər torpaqlarımızı 20 faizini işğal edib, üstəlik, orda hərbi təlim keçirirlər. Bu azmış kimi, hərbi birləşmələrin arasındakı neytral zonaya daxil olurlar. Belə olan təqdirdə təbii ki, əsgərlərimiz lazım olanı ediblər. Amma bu qədər beynəlxalq hüquq normalarını pozan ermənilərə nəsə deyilmir, Azərbaycana qarşı təzyiqlər olur».


MMP sədri hesab edir ki, bütün bunlar Qərb dairələrinin ədalətli mövqedə dayanmadığını göstərir. H.Hacıyevin sözlərinə görə, Kəlbəcərli girovların məsələsində də bütün dünya susdu, Ermənistana qarşı təpki göstərən olmadı: «Məsələ ondadır ki, Ermənistan bütün qaydaları pozur, amma onlara qarşı tolerantlıq nümayiş etdirildi, amma Azərbaycan öz qanuni haqqından istifadə edəndə təzyiqə məruz qalır. Diqqət edin, Leyla Yunusla bağlı qanuni tədbirlər görülür, Avropa səs-küy salır. Nəyə görə, çünki öz şəxsi maraqları təhdid olunur. Amma biz milli maraqlarımızı hər şeydən üstün tutmalyıq. Bu gün milli maraqlarımız tələb edir ki, Leyla Yunus kimilərinə qarşı sərt tədbirlər görək. Sərhədimizi pozan erməni helikopterini vurmalıyıq. Bütün bunlar bizim qanuni haqqımızdır və buna müdaxilə etməyə heç kimi ixtiyarı yoxdur».


H.Hacıyev Azərbaycana qarşı mövqe tutan Qərb ölkələrinə və beynəlxalq təşkilatların burdakı əlaltılarına da sərt mesaj verib: «Milli Şura, Müsavat Partiyası və bu kimi radikal müxalifət qüvvələri adlarını mili qüvvələr qoyublar, amma anti-milli fəaliyyətlə məşğuldur. Bu müxalifət bir dəfə də olsun, milli məsələləri gündəmə gətirməyib. Əksinə, bütün fəaliyyətləri ilə milli maraqlarımıza zərbə vurmaqla məşğul olublar. Amma biz üzərimizə milli maraqlarımızı qorumaq missiyasını götürmüşük. Ona görə də ölkədə milli qüvvələr deyəndə Müasir Müsavat Partiyası yada düşür. Biz bunu öz fəaliyyətimizlə sübut etmişik. Bundan sonra da bu yöndə fəaliyyətimizi davam etdirəcəyik».

Oxumağa davam et
Reklam
Reklam

Gündəm