Nida.az
The Hill: “Kreymer və Kozlariçin Bakını tənqid etməsi Vaşinqtonun maraqlarına ziddir”
ABŞ-ın nüfuzlu “The Hill” nəşrində Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü Asim Mollazadənin məqaləsi dərc olunub.
Publika.az xəbər verir ki, azərbaycanlı deputat “Freedom House”
təşkilatının rəhbəri Devid Kreymer və ABŞ-ın Azərbaycandakı keçmiş
səfiri Riçard Kozlariçin “Azərbaycana sanksiyaların vaxtı çatıb”
məqaləsinə cavab verib.
“Bu məqaləni oxuyanda çox təəccübləndim. Bu, birbaşa ABŞ-ın milli
maraqlarına zidd olan məqalədir. Azərbaycan ABŞ-ın regional
müttəfiqi olaraq özünü doğruldub. Şərqi Avropanı destibilizasiyaya
uğradan Ukrayna böhranı və Yaxın Şərqi qana boyayan İŞİD
radikalları fonunda müəlliflərin Azərbaycanı hədəfə alması onların
öz məqsədilərinə aludə olduğunu göstərir. Mənim anlamadığım
Azərbaycan hökumətini konstruktiv tənqid edilməməsidir. Mən özüm
hökumətimizi tənqid edirəm. Lakin mən Azərbaycana qarşı təhdidləri
və xüsusi şəkildə planlaşdırılmış kampaniyanı qəbul edə bilmirəm.
Belə kampaniyalar islahatların aparılması prosesinə ziyan vurur.
Kreymer və Kozlariç Azərbaycan hökumətinin tanınmış tənqidçiləridir
və onların bu yanaşmasının Bakıya qarşı şəxsi hisslərindən irəli
gəldiyi bəllidir. Buna baxmayaraq, onlar Amerikanın maraqlarını
qorumaq və ümumi siyasətə töhfə vermək məqsədilə belə addımlar
atırsa, haqq qazandırmaq olar. Amma onlar ABŞ maraqlarına zidd
hərəkət edir. Xüsusilə, müəlliflərin bu mövqeyi regionda Birləşmiş
Ştatların qiymətli müttəfiqinin itirilməsi deməkdir. Bu isə Tehran
və Kremlin maraqlarına xidmət edir. Bu aşkar mənzərəni bu iki
tanınmış müəllifin anlamadığı qəribədir. Mən problemlərə haqq
qazandırmaq istəyindən uzağam. Vətəndaş cəmiyyəti sektorunda
Azərbaycanda da, bütün regionda da müəyyən problemlər var. Lakin
Bakı yerində saymır və bunun həllinə çalışır. Belə dar yanaşma
Rusiya və İran təbliğatçılarına əsas verir. Hədəflər fərqlim olsa
da, yanaşma eynidir”, - deyə A. Mollazadə bildirib.
Azərbaycanlı deputat dövlət katibinin sabiq müavini və sabiq
səfirin regionda Rusiyanın təhdidini anlamadığını yazıb: “Onların
Avropanın enerji təhlükəsizliyində rol oynayan Cənubi qaz
koridorunu, post-sovet məkanında təbii qazın Avropaya
çıxarılmasında əlindən gələni edən ən müasir dözümlü müsəlman
cəmiyyətini, beynəlxalq terrora qarşı Qərbin partnyorunu, inkişaf
edən bu ölkəni hədəf alması mənə təəccüblü gəlir. Onlar
Ermənistanın qeyri-qanuni olaraq Azərbaycanın 20 faiz ərazisini
işğal etdiyini, İrəvanın Şimali Koreya, Sudan, Kuba və Rusiya kimi
Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini, bu ölkənin Rusiyanın
Gömrük Şurasına daxil olduğunu unudurlar. Burdan açıq şəkildə
görünür ki, müəlliflərin şəxsi maraqları Amerika maraqlarından
üstündür”.
A. Mollazadə ABŞ Azərbaycanın maraqlarının Birləşmiş Ştatlar üçün
daha böyük məna kəsb etdiyini bildirib.
“Bu vətəndaş cəmiyyətinin gücləndirilməsi, islahatların aparılması
baxımından faydalıdır. Müəlliflərin mövqeyi şəxsi maraqlardan irəli
gəlir. Azərbaycanın strateji əhəmiyyətə malik olmadığını iddia
etmək isə doğru deyil. Bunun üçün müəlliflər xəritəyə baxmalı və
Rusiya ilə İranın maraqları fonunda Azərbaycana yanaşmalıdırlar”, -
deyə A. Mollazadə bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!