Nida.az
ŞOK İDDİA: “Qubad İbadoğlu hökumətə işləyir”
Hüquq müdafiəçisi Sahib Məmmədov Müsavat başqanlığına keçmiş namizəd, tanınmış iqtisadçı Qubad İbadoğlunu hakimiyyətlə sövdələşmədə ittiham edib.
Publika.az xəbər verir ki, hüquq müdafiəçisi bu
barədə “facebook” səhifəsində yazıb.
“Qubad İbadoğlunun bir müddətdir Neft Fondunun rəhbərliyi ilə
intensiv məsləhətləşmələr apardığını bilirdim. Myanmadan başlanan
sövdələşmə artıq nəticəsini verməyə bağlayıb. Neft Fondu qərara
gəlib ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü Qubad bəyə
bağışlasın və qalan təsisçilər ilə yavaş-yavaş uzaqlaşdırılsın. Bu
barədə mənə hələ ÇQ üzvü olanda deyilmişdi. Səbəb kimi,
koalisiyanın mandatından kənara çıxması göstərilirdi. Mən bu
fikirlə tam razıyam. Çünki son illər bu koalisiya Müsavat və
AXCP-nin əlində marionetka olub. Mən də dəflərlə bu barədə çıxışlar
etmişəm. Amma koalisiya daxilində bu qarşıdurmaların başında həmişə
Qubad İbadoğlu dururdu. İndi hər şey aydındır. İndi də HSŞT
Koalisiyasını ələ keçirmək yolu tutub. Rəsmi bəhanəsi koalisiyanın
QHT kimi Qubad İbadoğlunun adına qeydiyyatdan keçirməyin mümkün
olmasıdır. Lakin koalisiyanı ilk təsis edən 25 təşkilatdan biri də
mənim təmsil etdiyim təşkilatdır. İndi koalisiyanın 140 dan çox
təsisçisi var. Mən vaxtilə Seçim qrupunun rəhbəri və Çoxtərəfli
Qrupun üzvü olmuşam. HSŞT haqqında qanun layihəsinin müəllifiyəm.
İndi Qubad İbadoğlu Koalisiyanı özəlləşdirir. Utanmadan bunu Neft
Fondunun tapşırığı ilə etdiyini iddia edir. O qeydə alınsa, mən
şikayət edəcəm və işi Avropa Məhkəməsinə qədər aparacam”, - deyə S.
Məmmədov İbadoğlunu ittiham edib.
Onun bu iddialarına Müsavatda başqan Arif Hacılının tərəfdarlarının
haqq qazandırması maraqlıdır.
Qubad İbadoğlu isə bu kampaniyaya müsavatçıların qoşulmasından
təəssüfləndiyini bildirib. O, bu kampaniyanın hökumət tərəfindən
ona qarşı aparıldığını iddia edib və müsavatçılara müraciət
ünvanlayıb.
“Hörmətli və fədakar müsavatçılar, sizlərin bəzilərinin Mədən
Sənayesində Şəffaflıq Koalisiyasının üzvləri olan və hökumətin
mənim əleyhimə danışdırdığı şəxslərin apardığı təbliğata
qoşulmağınızdan təəssüflənirəm. Siz orda nə baş verdiyini həmin
koalisiyanın müsavatçı üzvləri qədər yaxından bilmirsiniz. Bu
məsələdə onların yazdıqlarına və şərhlərinə diqqət yetirin. Hər
yetənin, illər öncə Müsavatı tərk edənlərin əleyhimizə olan
kampaniyasına kor-koranə qoşulmayın”, - deyə o bildirib.
Asif
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...