Türkiyənin hakim partiyasından helikopter olayına reaksiya
Bizi izləyin

Nida.az

Türkiyənin hakim partiyasından helikopter olayına reaksiya

"Türkiyənin Azərbaycana qarşı mövqeyində dəyişiklik olmayıb, bundan sonra da hər hansı bir dəyişiklik olmayacaq". Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Yasin Aktay Ermənistan helikopterinin vurulmasına münasibət bildirərkən deyib.

Y.Aktay qeyd edib ki, Ermənistan helikopterinin Azərbaycan ərazisində vurulması Türkiyə mediasında geniş işıqlandırılmasa da, xəbərə fərqli münasibət iki dövlət arasında əlaqələrə əsla xələl gətirə bilməz.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm