Azərbaycan daha bir beynəlxalq nəqliyyat dəhlizinin iştirakçısı olacaq
Bizi izləyin

Nida.az

Azərbaycan daha bir beynəlxalq nəqliyyat dəhlizinin iştirakçısı olacaq

Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat tranzit dəhlizi üzrə razılaşma layihəsinin müzakirəsi keçirilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Türkmənistan hökumətinin xəbərində deyilir.

Xəbərdə qeyd edilir ki, görüşün gedişatında onun iştirakçıları bütövlükdə bütün region üçün yeni imkanların təminatına xidmət edən layihənin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, layihə Avrasiya sahəsində ticarət-iqtisadi əlaqələrin aktivləşməsinə imkan yaradacaq. Görüşdə həmçinin vurğulanıb ki, sözügedən tranzit-nəqliyyat dəhlizi Əfqanıstanın iqtisadi dirçəlişinə, onun böyük regional və beynəlxalq infrastruktur layihələrinə qoşulmasına kömək edəcək.

Türkmənistan daha əvvəl Bakı-Tiflis-Qars dəmiryol magistralı layihəsinə qoşulmaqda maraqlı olduğunu bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm