“Müsavat tarixinə “saxtakar başqan” kimi düşdün” – Arif Hacılıya sərt ittihamlar
Bizi izləyin

Nida.az

“Müsavat tarixinə “saxtakar başqan” kimi düşdün” – Arif Hacılıya sərt ittihamlar

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy hazırkı başqan Arif Hacılının ünvanına yenidən ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, S. Əlisoy Müsavat Partiyasında keçirilən qurultayın nəticələrini tanımadığını açıqlayıb: “Nə sənin başqanlığını, nə Divanını, nə Məclisini, nə də MNTK-nı legitim hesab edirəm. Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud şiddətli töhmət alacağı barədə qərarın kim tərəfindən verildiyini, “divanınızın” hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik.

Sən adını Müsavat Partiyası tarixinə “saxtakar başqan” kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavatı bu anormal durumdan xilas etməkdən ibarətdir. Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən. Lakin səni və saxtakarlığını qəbul etməyənlər susmayacaq. Hədəfin növbədənkənar qurultay olması prosesinə start verilib”.


S. Əlisoy Müsavat başqanına qarşı tələb irəli sürüb.


“Facebbok”da baş dirijor olduğun “instrumental ansamblın” üzvlərinin sənə biət etməyənlərə qarşı təhqir və təhdidlərinə son qoydur. Biz yaxın zamanda birtərəfli qaydada moratorium elan edəcəyik. Çünki elə bir bumeranq effekti yaranar ki, utandığından başını qaldıra bilməzsən. Sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir”, - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm